Xalq Bank İsmayıllı, Lənkəran, Qusar, Quba, Şamaxı və Qazax şəhərlərində filialların açılması ilə əlaqədar aşağıdakı vəzifələrə işçilərin qəbulunu elan edir:
Müştəri xidməti şöbəsinin fiziki və hüquqi şəxslərə xidmət üzrə mütəxəssisləri
Kredit mütəxəssisi
İnformasiya texnologiyaları üzrə mütəxəssis
Kassir
Katib-referent
Tələblər :
· Ali təhsil (maliyyə, iqtisadiyyat, beynəlxalq əlaqələr, riyaziyyat və s.)
· Kompyuterdə işləmək bacarığı (MS Office)
· İngilis və ya başqa xarici dili bilmək
İnformasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsi üçün irəli sürülən əsas tələblər:
· Ali texniki təhsil
· Sertifikatlar : MCP (üstünluk verilir)
· Fəaliyyət sahəsi: informasiya texnologiyaları
· Vəzifə: İnformasiya texnologiyaları üzrə mütəxəssis
· Tələb olunan sahədə iş stajı: ən az 1.5 il
· Dil biliyi : Azərbaycan dili, Rus dili, Ingilis dili
· Iş təcrubəsi : MS Office, MS Visio, Windows XP, Windows 2003, MS Active Directory (təməl biliklər), Terminal Services (təməl biliklər)
Bank sistemində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
İnformasiya Texnoloqiyaları üzrə mütəxəssis vəzifəsi üçün müraciət edən namizədlərin RS-Bank proqramı ilə işləmək təcrübəsinin olması vacibdir.
Xalq Bankın Cəlilabad filiallına hüquqi və fiziki şəxslərə xidmət üzrə mütəxəssis vakansiyası elan edilir: (Yeni!!)
Əsas tələblər:
· Ali təhsil (iqtisadiyyat və riyaziyyat arzuolunandır)
· Bankda (hüquqi və fiziki şəxslərə xidmət üzrə mütəxəssis vəzifəsində) ən azı 2 il iş stajı
· Azərbaycan və rus dillərini mükəmməl bilmək (ingilis dilini bilmək arzuolunandır)
Ünsiyyətçilik, vicdanlılıq, məsuliyyətlilik, təşəbbüskarlıq
· Komandada işləmək bacarığı
· Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti
· Riyazi hesablama aparmaq qabiliyyəti
· İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
· İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı
· Təcrübəli MS Office istifadəçisi olması
Vəzifə öhdəlikləri:
· Müştərilərə bankın bütün məhsul və xidmətləri barədə məlumat verilməsi
· Fiziki və hüquqi şəxslərə onların istəklərinə və qanunvericiliyə uyğun bütün növ hesabların açılması, bu hesablar üzrə əməliyyatların aparılması və hesabların bağlanılması
· Müştərilərə Bankın bütün növ məhsul və xidmətlərinin satışının həyata keçirilməsi
· Bank əməliyyatlarının aparılması
Xalq Bankın Cəlilabad filialına kredit mütəxəssisi vakansiyası elan edilir: (Yeni!!)
Əsas tələblər:
· Ali təhsil (iqtisadiyyat, riyaziyyat və hüquq arzuolunandır)
· Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi vəzifəsində) ən azı 2 il iş stajı
· Biznes, xidmət, ticarət və kənd təsərrufatı sahəsində müəyyən təcrübə
· Azərbaycan və rus dillərini mükəmməl bilmək (ingilis dilini bilmək arzuolunandır)
· Ünsiyyətçilik, məsuliyyətlilik, təşəbbüskarlıq
· Komandada işləmək bacarığı
· Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti
· Riyazi hesablama aparmaq qabiliyyəti
· İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
· Təcrübəli MS Office istifadəçisi olması
· Müraciət edilən filialın yerləşdiyi şəhəri və ətraf rayonlarını yaxşı tanımaq
Vəzifə öhdəlikləri:
· Müştəriyə bankın kredit məhsullarına dair məsləhət verilməsi
Kredit müraciətlərinin qəbulu və analizi
· Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi
· Kredit sənədlərinin tərtibatı
· Kredit portfelinə nəzarət etmək və idarə etmək
· Müştəri hesablarının aparılmasına dair xidmətlər
· Bank əməliyyatlarının aparılması
· Kreditə dair xidmətlər və onların monitorinqi
Xalq Bankın bas ofisi üçün aşağıdakı vakansiyalar elan edilir:
Şəbəkə inzibatçısı (Yeni!!)
Əsas tələblər:
· Ali təhsil (texniki)
· İT departamentində azı 5 il, şəbəkə sahəsində azı 3 il təcrübə
· LAN/WAN - texnologiyanın əla biliyi
· Cisco (switch, router, firewall) və RAD (multiplexer, modem) təchizatının quraşdırma, sazlama və konfiqurasiya biliyi
· Azərbaycan dili (sərbəst), İngilis dili (yaxşı), Rus dili (yaxşı)
· Hərbi xidmət
· Sürücülük vəsiqəsi
Vəzifə öhdəlikləri:
· Şəbəkə avadanlığının quraşdırılması, sazlanması və texniki xidməti (Active and Passive)
· Cisco (switch, router, firewall) və RAD (multiplexer, modem) avadanlığının quraşdırılması, sazlanması və konfiqurasiyası
· Problemlərin şəbəkə səviyyəsində həlli
· İT infrastruktur elementlərinin monitorinqi və konfiqurasiyası
· Şəbəkə yüklülüyünün analizi və trafikin optimallaşdırılması
· Yeni aparat və proqram təminatı sistemlərinin quraşdırılması və qeydiyyatı
· İT infrastrukturu alətlərinin və texnologiyalarının təkmilləşdirilməsində, qurulmasında və saxlanmasında iştirak etmək
· İT-nin prosedur qaydalarına və siyasətinə riayət etmək
· İT - infrastruktur və anbarlarına görə maddi məsuliyyət daşımaq
· İT infrastrukturuna dəstək məqsədilə Bankın filiallarına getmək
· Şəbəkə təhlükəsizliyini təmin etmək
Maliyyə idarəsi, Maliyyə təhlili və nəzarəti şöbəsinin mütəxəssisi (Maliyyə nəzarəti üzrə)
Əsas tələblər:
· İqtisadi və maliyyə təhlili bacarıqlarının olması
· Azərbaycan Respublikasının bank və maliyyə sahəsində qanunvericilik aktları ilə tanışlıq
· “Beynəlxalq Maliyyə Hesabatları Standartları” (BMHS) əsaslarını bilmək
· Bank və ya maliyyə sahəsində minimum beş il iş təcrübəsi (Beynəlxalq Audit Şirkətlərində iş təcrübəsinə malik mütəxəssislərə üstünlük verilir)
· İngilis və Rus dillərini yüksək səviyyədə bilmək
Vəzifə öhdəlikləri:
· Bankdaxili maliyyə və təhlil hesabatlarının hazırlanması və menecmentə təqdim edilməsi
· Bankdaxili prosedur qaydaların və təlimatların hazırlanmasına, onlarda dəyişikliklər və əlavələrin edilməsinə nəzarət və icra səviyyəsinin vaxtaşırı araşdırılması
· “Beynəlxalq Maliyyə Hesabatları Standartları”na əsaslanan maliyyə hesabatlarının hazırlanması
· Bankın proqram təminatına olan tələblərinin araşdırılması və mövcud proqram təminatının biznes tələblərinə uyğun olaraq təkmilləşdirilməsi
Hesablaşmalar şöbəsinin mütəxəssisi
Əsas tələblər:
· Ali təhsilin olması;
· Bank təcrübəsinin olması (Ödəniş sistemləri SWIFT və XÖHKS işləmək bacarığı);
· Hesablar planından anlayışın olması;
· Diqqətli, dəqiq, operativ olması və komandada işləmək bacarığı;
· Ödənişlər üzrə sorğu və araşdırmaların aparılması üçün İngilis və Rus dilləri biliyi;
· Ümumi bank işi haqqında dolğun təsəvvürün olması.
Vəzifə öhdəlikləri:
· Müştəri və bank köçürmələrinin yoxlanması və müvafiq sistemdə (SWIFT və ya XÖHKS) yığılması;
· Müştəri və Bankın xeyrinə daxil olmuş vəsaitlər üzrə bank proqramında müvafiq müxabirləşmələrin verilməsi və bütün yerli və xarici Nostro müxbir hesablara nəzarət;
· Müştəri Xidmətləri İdarəsinin digər sifarişlərinin icrası;
· Hesablaşmalar İdarəsinə aid rəhbərliyin tapşırığı ilə digər işlərin icrası.
Qeyd olunan vakansiyalarla bağlı Banka müraciət etmək istəsəniz azərbaycan dilində tərcümeyi halınızı (012) 404 43 34 nömrəli faksa və ya cv@xalqbank.az electron ünvanına göndərin. Əlaqə telefonu (012) 404 43 43
Qeyd: Hazırda elan verilən vakansiyalarımız Sizin ixtisasınıza və təcrübənizə uyğun deyilsə, uyğun olan digər mövqelərə müraciət edə bilərsiniz. Bankda belə vakansiyalar yaranan kimi Sizinlə əlaqə saxlayacağıq.