AZ EN RU

 
Fiziki şəxslərə xidmətlər
Məzənnələr
Konverter (AMB-ın məzənnələri üzrə)
Qızıl külçələri
Fiziki şəxslərə xidmətlər -> Plastik kartlar

SMS-banking

SMS banking xidməti nə deməkdir?

 SMS banking xidməti vasitəsilə Xalq Bankın müştəriləri öz kart hesabları haqqında məlumatı banka və ya bankomata müracət etmədən ala bilərlər.
 
Xidmətə qoşularaq müştəri öz kart hesabı üzrə hər aparılan əməliyyat barədə 24 saat ərzində öz mobil telefonuna məlumatı alır.
Bundan əlavə, əsas kartın sahibi həm də əlavə kartlar üzrə aparılan əməliyyatlar barədə məlumat almaq üçün xidmətə qoşula bilər. Xidmətə (əsas kartın sahibinin müraciəti əsasında) əlavə kartın sahibi qoşulduqda, yalnız sahib oludğu əlavə kart üzrə aparılan bütün əməliyyatlar barədə malumatı ala bilər.
 
 
Xidmətdən kim istifadə edə bilər?
 
SMS banking xidmətindən yalnız Azercell abunəçiləri (Fakturalı Xətt abunəçiləri və  Qabaqcadan ödəmə üzərində qurulmuş tarif paketlərin abunəçiləri -SimSim, Açıq Xətt, GəncSim, BizdənBizə və s.) olan Bankın plastik kartlarının sahibləri edə bilər.
 
Kart sahibinin telefon nömrəsi həmin kart sahibinə məxsus olması zəruridir.
 
 
Xidmətə necə qoşulmaq olar?
 
Xidmətə qoşulmaq üçün Bankın ofisinə yaxınlaşıb müvafiq Ərizə formasını doldurmaq kifayətdir.
 
Ərizə qəbul olunduqdan sonra 2 iş günü ərzində xidmət aktivləşir.
 
Xidmətdən imtina etdikdə Banka müraciət edib Ərizə formasını doldurmaq kifayətdir.
 
 
Xidmət üzrə Bankın Tarifləri
 
SMS banking xidmətidən istifadəyə görə müştəridən (hər qoşulduğu kart üçün) 12 AZN illik abunə haqqı tutulur.
 
Xidmətdən istifadəyə görə müştəridən 7112 nömrəsindən alınan hər bir SMS üzrə mobil operator tərəfindən aşağıdakı miqdarda xidmət haqqı tutulur:
§        Qabaqcadan ödəmə üzərində qurulmuş tarif paketlərin abunəçiləri (SimSim, Açıq Xətt, GəncSim, BizdənBizə və s.)– 22  kontur;
§         Azercell Fakturalı Xətt abunəçiləri üçün – 0,1 AZN
Xidmətin göstərilməsinə xitam verilməsinə görə mobil operator tərəfindən müştəridən xidmət haqqı tutulmur.
 
 
Bunları bilmək vacibdir:
 
·        Müştəri Xalq Bankın buraxdığı plastik karta malik olmadığı halda, onun müraciəti əsasında Bankın daxili qaydalarına əsasən yeni kart buraxılıb bu Xidmətə qoşula bilər.
·    Plastik kart itirildiyi, oğurlandığı və ya məhv olduğu halda, Xidmətin göstərilməsinə xitam verilir və yeni kart sifariş olunduğu zaman həmin plastik kartın Xidmətə qoşulma prosesi yenidən həyata keçirilir.
·        Xidmətə qoşulma ilə bağlı hər hansı problem yarandığı halda, Müştəri (012) 598 46 97 telefon nömrəsi vasitəsi ilə “Azərikard” prosessinq mərkəzinin 24 saat ərzində fəaliyyət göstərən Müştəri Xidmətləri bölməsinə müraciət edə bilər.
 
 


Xidmətə qoşulmaq/xitam vermək ərizəsi
Yükləmək (98.5KB)
 

AZ 1006, İnşaatçılar pr., 22 L,
Bakı, Azərbaycan