Şərtlər və tariflər
|
İpoteka kreditinin növü
|
Adi
|
Güzəştli
|
|
Maksimal məbləğ
|
50 000 AZN
|
35 000 AZN
|
|
Müddət
|
3-25 il
|
30 ilə qədər
|
|
İlkin ödəniş
|
Alınan mənzilin dəyərinin 30%-i
|
|
İllik faiz dərəcəsi
|
8%
|
4%
|
|
Ödəniş qaydası
|
Cədvələ uyğun olaraq faizlərin və əsas borc məbləğinin ödənilməsi (hər ay eyni məbləğ). Aylıq ödəniş məbləği əmək haqqının 70%-dan çox olmamalıdır.
|
|
Qirov təminatı
|
Alınan mənzil, əgər dövlət reyestrindən çıxarış varsa, əks halda dövlət reyestrində qeydiyyatda olan digər mənzil
|
Borcalana qarşı tələblər:
|
Yaş
|
Təqaüd yaşına qədər
|
|
Vətəndaşlıq
|
Azərbaycan
|
|
Son iş yerində minimal əmək stajı
|
6 ay
|
İpoteka kreditinin alınması üçün tələb olunan sənədlər:
- Borcalanın (birgə Borcalanın) şəxsiyyətini təsdiq edən sənəd (sənədin surəti).
- Nikahın bağlanması (və ya boşanma) barədə şəhadətnamə (sənədin surəti).
- Borcalanla (birgə Borcalanla) birgə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlər (sənədlərin surətləri).
- Borcalanın (birgə borcalanın) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri (sənədlərin surətləri).
- Borcalanın (birgə borcalanın) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti.
- Borcalanın (birgə borcalanın) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa əlavə iş yerindən arayış və s.).
- İpoteka predmetinin qiymətləndirmə aktı.
Borcalan fərdi sahibkar olduqda əlavə olaraq təqdim olunmali sənədlər:
- Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi haqqında şəhadətnamə (surəti).
- Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.
İpoteka kreditinin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:
- İpoteka qoyulan yaşayış sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənəd (dövlət reyestrindən çıxarış) və texniki pasport (tələb olunduqda).
- İpoteka predmetinin digər öhdəliklər üzrə yüklü edilməməsini və məhdudiyyət olmadığını təsdiq edən sənəd.
- İpoteka qoyulan yaşayış sahəsi üzrə qeydiyyatda olanlar haqqında arayış.
- İpoteka predmetinin ipotekaya qoyulmasına və məhkəmədənkənar qaydada satılmasına dair ərin/arvadın, ipoteka predmetində qeydiyyatda olan digər yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat orqanlarına təqdim olunan razılığının surəti. İpoteka predmetinin mülkiyyətçisi yetkinlik yaşına çatmamış şəxs olduqda, onun maraqları çərşivəsində səlahiyyətli qəyyumluq və himayəçilik orqanlarının razılığının surəti.
İpotekanin rəsmiləşdirilməsindən sonra təqdim olunmali sənədlər:
- İpoteka müqaviləsinin (Qarışıq müqavilə) və ipoteka kağızının əsli və onların dövlət qeydiyyatından keçməsini təsdiqləyən sənədlər.
- Borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsindən sığortalanmasını, eləcə də ipoteka predmetinin sığortalanmasını və sığorta ödənişlərinin ödənildiyini təsdiqləyən sənədlər.
- Alınmış yaşayış sahəsinin alqı-satqı müqaviləsinin surəti.
- Yaşayış sahəsinin satıcısının (fiziki şəxslər üçün) şəxsiyyətini təsdiq edən sənədin surəti.
Güzəştli ipoteka krediti almaq üçün əlavə tələb olunan sənələr:
- Borcalanın güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənəd.
Güzəştli kateqoriyaya aid olan şəxslər:
- Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:
o şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);
o Milli Qəhrəman (özü, əri/arvadı, övladları);
o məcburi köçkün və ya ona bərabər tutulan şəxs;
o üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs;
o elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxs;
o idman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər);
- Üç ildən az olmayan müddətdə hərbi xidmətdə olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçularından başqa).
Qeyd: İpoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailə (şəxs) bu güzəştlərdən yalnız bir dəfə istifadə edə bilər.
Qeyd: Təqdim olunan sənədlərin surətləri notarial qaydada təsdiqlənməlidir.
Kreditin təmin olunması ilə bağlı qərar qəbul etmək üçün Bank əlavə məlumat, eləcə də bu məlumatı təsdiq edən zəruri sənədləri tələb etmək hüququna malikdir.