AZ EN RU

 
Bank haqqında
Fiziki şəxslərə xidmətlər
Hüquqi şəxslərə xidmətlər
Banklara xidmətlər
Hüquqi şəxslərə xidmətlər
Məzənnələr
Konverter (AMB-ın məzənnələri üzrə)
Qızıl külçələri

Hesablaşma-kassa xidmətləri

Fərdi sahibkarlar və hüquqi şəxslər üçün hesablaşma-kassa xidməti üzrə aşağıdakı xidmətləri təklif edirik:
• Hesabın açılması və hesabdan istifadə (manatla və ya xarici valyuta ilə);
• Nağd pul vəsaitlərinin hesaba yatırılması və hesabdan çıxarılması;
• Cari əməliyyat günü ərzində Azərbaycan daxilində və xaricə ödəmələr;
• Birja və banklararası bazarında manat müqabilində xarici valyutanın alınması/satılması;
• Əməliyyatlar və hesabın vəziyyəti haqqında çıxarışların, ödəmə sənədlərinin surətlərinin verilməsi;
• Nağd vəsaitlərin inkassasiyası .
Qeyd olunan əməliyyatlara görə komissiyon haqqları qüvvədə olan Tariflərə əsasən tutulur.

Biz ödəmələri cari əməliyyat günü ərzində saat 16:00-a qədər qəbul edirik ki, bu da Sizə kontragentlərinizin istəklərinə daha tez cavab verməyə imkan verir.

Hesablaşma hesabını açmaq üçün tələb olunan sənədlər:

  1. Hesabın açılması üçün ərizə (hər açılan hesab üçün ayrı, bank tərəfindən məyyən edilmis formada doldurulur);
  2. Nizamnamənin notarial qaydada təsdiq olunmuş surəti;
  3. Dövlət orqanlarında qeydiyyat haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətləri;
  4. Bank hesabı aparmaq haqqında muqavilə (2 ədəd)
  5. Vergi müfəttişliyində qeydiyyatı haqqında şəhadətnamə-dublikatın əsli (hər açılan hesab üçün);
  6. İmza nümunələrini və möhür şəkilini ehtiva edən kartlar,notarial qaydada təsdiq olunmuş(iki nüsxədə);
  7. Hesabdan istifadə etmək hüququna malik şəxslərin vəzifəyə təyin olunması haqqında çıxarışın (protokolun, əmrin və ya qərarın) təsdiq olunmuş surətləri.


 

AZ 1006, İnşaatçılar pr., 22 L,
Bakı, Azərbaycan