AZ EN RU

 
Bank haqqında
Fiziki şəxslərə xidmətlər
Hüquqi şəxslərə xidmətlər
Banklara xidmətlər
Banklara Xidmətlər
Məzənnələr
Konverter (AMB-ın məzənnələri üzrə)
Qızıl külçələri

Hesablaşma-kassa xidmətləri

Xalq Bank hesablaşma əməliyyatları üzrə banklara aşağıdakı xidmətlər təklif edir:

·          müxbir hesabların açılması və aparılması;
·          müxtəlif valyutada müxbir hesablara kompleks xidmətlərin göstərilməsi və məsləhətlərin verilməsi;
·          ödəmələr və sənədli əməliyyatlar üzrə rəqabət qabiliyyətli tariflər;
·          nağd vəsaitlərlə əməliyyatlar.
Qeyd olunan əməliyyatlara görə komisyon haqları Bankda qüvvədə olan Tariflərə əsasən tutulur.
 
Müxbir hesabın açılması üçün tələb olunan sənədlər
 
Rezident banklar üçün:
 
·          Bank hesabının açılması üçün ərizə (hər açılan hesab üçün ayrılıqda).
·          Bank hesabı müqaviləsi.
·          Nizamnamənin notarial qaydada təsdiq olunmuş surəti (əlavə və dəyişikliklərlə).
·          Mərkəzi Bank tərəfindən verilmiş Bank lisenziyasının notarial qaydada təsdiq olunmuş surəti.
·          Dövlət qeydiyyatı haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti.
·          Müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli (hər açılan hesab üçün ayrılıqda).
·          Notarial qaydada təsdiq olunmuş imza və möhür nümunələri vərəqəsi (2 nüsxədə).
·         İmza və möhür nümunələri vərəqəsində göstərilən şəxslərin vəzifəyə təyin olunması haqqında sənədin (protokol, əmr və ya qərar) təsdiq olunmuş surəti.
·         Hesab üzrə sərəncam hüququna malik şəxslərin Mərkəzi Bankda attestasiyadan keçməsini təsdiq edən attestasiya vərəqəsinin notarial qaydada təsdiq olunmuş surəti.
·          Çirkli pulların yuyulmasına qarşı tədbirlər haqqında sorğu-anket.
 
Qeyri-rezident banklar üçün:
 
·          Bank hesabının açılması üçün ərizə (hər açılan hesab üçün ayrılıqda).
·          Bank hesabı müqaviləsi.
·          Bankın nizamnaməsinin və ya hüquqi statusunu əks etdirən digər sənədin, habelə qeydiyyatdan keçən ölkənin səlahiyyətli orqanı tərəfindən bank fəaliyyətinə icazə verən sənədin surətləri (qanunvericiliyə müvafiq qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş).
·          Son illik hesabat və ya son maliyyə ilinə audit yoxlamasının nəticələri barədə arayış.
·          Son ayın 1-i tarixinə balans.
·         Bankın rəhbərliyi haqqında məlumat, habelə səlahiyyətli imzalar nümunəsi məcmuəsi və ya hesab üzrə sərəncam vermək səlahiyyətlərinə malik şəxslərin imza nümunələrinin və bankın möhürünün qanunvericiliyə müvafiq qaydada leqallaşdırılmış əksi.
·          Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə nəzərdə tutulduğu halda, xarici bankın yerləşdiyi ölkənin səlahiyyətli orqanı tərəfindən (mərkəzi bank və ya digər səlahiyyətli orqan) müxbir hesabın açılmasına verilmiş icazə (qanunvericiliyə müvafiq qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş surəti).
·         Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə bankın daxili nəzarət sistemi və bu sahəyə məsul şəxsi barədə, bankın əsas fəaliyyət istiqamətləri və sağlam nüfuzu barədə, habelə hər hansı səlahiyyətli orqan tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı banka qarşı istintaq hərəkətlərinin həyata keçirilməsi və/və ya nəzarət tədbirlərinin görülməsi barədə məlumat.
·         Xarici bankın shell–bank (hər hansı ölkədə fiziki mövcudluğu olmayan və bank tənzimləməsi və nəzarəti orqanları tərəfindən tənzimləmə və nəzarət prosesləri ilə əhatə edilməyən bank) vasitəsilə işgüzar münasibətlərin yaradılmaması və ya əməliyyatların həyata keçirilməməsi barədə məlumat.
   

 

 

AZ 1006, İnşaatçılar pr., 22 L,
Bakı, Azərbaycan