Xalq Bank Reuters beynəlxalq informasiya və dilinq sisteminə qoşuldu. Reuters sistemindən istifadə Banka yerli və dünya bazarları haqqında lazımi məlumatları vaxtında əldə etmək, eləcə də həm Azərbaycan, həm də xarici tərəfdaş banklarla danışıqlar aparmaq, pul və valyuta bazarlarında real vaxt rejimində sövdələşmələr bağlamaq imkanı verir.
Reuters sistemi həmçinin əməliyyatların sürətinin və pul vəsaitləri vasitəsilə həyata keçirilən sövdələşmələrin təhlükəsizliyinin artmasına gətirəcək.