Xalq Bank Bakı şəh., 28 May küç., 17 ünvanda yerləşən yenı “Mərkəz” filialını açdı. «Mərkəz» filialının açılması Bankın filial şəbəkəsinin genişləndiriməsi və əhaliyə keyfiyyətli bank xidmətlərinin göstərilməsi strategiyası çərçivəsində həyata keçirilir. Сari hesablar üzrə əməliyyatlar, depozit əmanətləri, hesablaşma-kassa xidmətləri, təcili pul köçürmələri, istehlak və mikrokreditlər, plastik kartların verilməsi və xidmət edilməsi, mobil xidmətlərin ödənişləri, kommunal ödənişləri və digər xidmətlər və bank məhsulları korporativ müştərilərə və fiziki şəxslərə təqdim olunacaq. Hazırda Xalq Bankın 7 filialı və 3 şöbələri Bakıda və regionlarda fəaliyyət göstərir. Bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.