AZ EN RU

 
Məzənnələr
Konverter (AMB-ın məzənnələri üzrə)
Qızıl külçələri

Xalq Bank Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit təşkilatı seçilib

Xalq Bank Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) güzəştli kredit vəsaitlərinin yerləşdirilməsi üzrə növbəti müvəkkil kredit təşkilatı seçilib. Güzəştli kredit vəsaitlərinin yerləşdirilməsi üzrə müvəkkil kredit təşkilatı qismində iştirak etmək məqsədi ilə «Xalq Bank» ASC-nin müraciətinə baxılıb və SKMF-in Müşahidə Şurasının qərarı ilə «Xalq Bank» müvəkkil kredit təşkilatı seçilib. Xatırladaq ki, Sahibkarlığa Kömək Milli Fondu 1992-ci ildə yaranmışdır. Hazırda Fond 35 müvəkkil bank və qeyri-bank kredit təşkilatları vasitəsilə sahibkarlara güzəştli kreditlər verir. Müvəkkil banklar sahibkarlara kreditləri 7%-dən çox olmamaq şərti ilə ayırır. Kreditin minimal məbləği 1 000 manat, maksimal məbləği isə 3 mln. manat təşkil edir. 

AZ 1006, İnşaatçılar pr., 22 L,
Bakı, Azərbaycan