Xalq Bankın iştirak etdiyi təcili pul köçürmə sistemləri siyahisinə Contact sistemi də əlavə olundu. Contact fiziki şəxslərin sifarişi ilə hesab açmadan köçürmələr həyata keçirən beynəlxalq pul köçürmə sistemidir. Köçürmələri bütün dünya üzrə, ABŞ dolları, avro-da həyata keçirmək mümkündür. Sistemin rahat, sürətli və etibarlı olması sustemə üstünlük verən amillərdəndir. Bundan əlavə, aşağı komissiya (3%), yalnız köçürməni sifarış edən şəxs tərəfindən aparılır. Qeyd edək ki, bu xidmətdən Bankın baş ofisində yaxud istənilən səkkiz filialından birində istifadə etmək mümkündür. Contact sistemi ilə yanaşı Xalq Bank hazırda Western Union, “Bıstraya Poçta”, Migom, Xpress Money kimi təcili pul köçürmələri sistemləri üzrə də xidmət göstərir. Yaxın zamanda Bankın PrivatMoney təcili pul köçürmə sisteminə qoşulması başa çatacaq.