AZ EN RU

 
Məzənnələr
Konverter (AMB-ın məzənnələri üzrə)
Qızıl külçələri

Xalq Bank Bakıda daha bir filialını açdı

Xalq Bankın Bakı şəh., Qara Qarayev pr., 70B ünvanda yerləşən yeni “Neftçilər” filialı fəaliyyətə başladı. Yeni filial hər növ pərakəndə bank xidmətləri, habelə korporativ müştərilərə xidmət göstərəcəkdir. Сari hesablar üzrə əməliyyatlar, depozit əmanətləri, hesablaşma-kassa xidmətləri, təcili pul köçürmələri, istehlak və mikrokreditlər, plastik kartların verilməsi və xidmət edilməsi, mobil xidmətlərin ödənişləri, kommunal ödənişləri və digər xidmətlər və bank məhsulları korporativ müştərilərə və fiziki şəxslərə təqdim olunacaq. Hazırda Xalq Bankın Bakıda 2 filalı və bir şöbəsi, regionlarda Sumqayıt, Zaqatala, Neftçala, Cəlilabad, Yevlax, Mungəşevir, Gəncə 7 filialı və Naxçıvanda bir şöbəsi fəaliyyət göstərir. Bu ilin sonunadək Xalq Bank Bakı, Xaçmaz, Lənkəran, İsmayıllı, Dəvəçi şəhərlərində bir sıra yeni filialların açılışını planlaşdırır.
 

AZ 1006, İnşaatçılar pr., 22 L,
Bakı, Azərbaycan