Xalq Bank Visa İnternational beynəlxalq ödəniş sisteminin Visa Electron, Visa Classic, Visa Gold, Visa Platinum və korporativ müştərilər üçün Visa Business və Visa Electron Salary plastik kartlarını təklif edib. Müştərilər öz vəsaitlərindən istifadə edərkən onlara debet kartları, kredit xətləri üzrə müvafiq olaraq kredit kartları verilir. Debet kartları Bank tərəfindən müştəriyə pulsuz təqdim olunur. Qeyd edək ki, bu kartları daha funksional etmək üçün bankın digər xidmətlərindən istifadə etmək lazımdır. Belə ki, müştəri Bankın «SMS banking», «Card to Card» və digər xidmətlərindən istifadə etməklə öz kartlarını daha funksional edə bilər. Xatırladaq ki, Xalq Bank Visa kartları ilə yanaşı, MasterCard beynəlxalq ödəniş sisteminin kartlarından da istifadə edir. Bu günədək Bank tərəfindən 13,3 mindən çox MasterCard sisteminin kartları emissiya edilib.