AZ EN RU

 
Məzənnələr
Konverter (AMB-ın məzənnələri üzrə)
Qızıl külçələri

Xalq Bank SMS-məlumatlandırma xidmətini tətbiq edir

Xalq Bank müştərilərinə öz kart hesablarını mobil telefonu vasitəsilə nəzərət etmək imkanını yaratdı. Xidmətə qoşularaq, müştəri öz kartı vasitəsilə aparılan hər əməliyyat barədə 24 saat ərzində məlumat alacaq. Bundan əlavə, kartın əsas sahibi həm də əlavə kartlar üzrə aparılan əməliyyatlar barədə məlumat almaq üçün xidmətə qoşula bilər. SMS - məlumatlandırma xidməti yalnız “Azercell Telekom” BM-in abonentləri (post-paid – abunə və pre-paid – Sim-Sim, Açıq Xətt, GəncSim və s.) olan Xalq Bankın plastik kart sahiblərinini əhatə edir. SMS - məlumatlandırma xidmətinə yalnız həmin müştəriyə məxsus olan kartlar qoşula bilər. Xidmətə qoşulmaq üçün Bankın baş ofisinə və ya hər hansı filialına yaxınlaşıb sadəcə ərizəni doldurmaq lazımdır. Xatırladaq ki, Xalq Bankın Master Card və Visa kartları pulsuz və illik xidmət haqqı olmadan müştərilərə verilir. 

AZ 1006, İnşaatçılar pr., 22 L,
Bakı, Azərbaycan