AZ EN RU

 
Məzənnələr
Konverter (AMB-ın məzənnələri üzrə)
Qızıl külçələri

Xalq Bankın yeni saytı istifadəyə verildi

Xalq Bankın yeni korporativ saytı istifadəyə verildi.(www.xalqbank.az).

Sayt müasir orijinal dizaynı, interaktiv imkanları və müxtəlif istehlakçı qruplar üçün nəzərdə tutulmuş rahat quruluşlu məzmunu ilə seçilir.
 
Bankın mütəxəssisləri saytın dizaynerlərı ilə birlikdə müasir texnologiyalar əsasında sadə və effektiv arxitektura, rahat naviqasiya, təkmilləşdirilmiş funksional imkanları yaratmışlar.
 
Hazırda, Bankın saytı müştəriləri ilə əsas kommunikasiya vasitələrindən biridir.
Eyni zamanda sayt lazımi maliyyə seçimi edilməsində də kömək edir.
 
“Bizə məktub yazın”, “Sual-cavab” interaktiv xidmətləri vasitələri ilə müştərilər onları maraqlandıran sual ilə Banka müraciət edib operativ cavab ala bilərlər.
 
Saytda iki növ axtarış: “sadə” və “sürətli” işləyir.
 
Müştərilərin istifadəsinə depozit və kredit kalkulyatorları, avtomobil və məqsədli kreditlərinin alınması üçün rahat “on-line” sistemı verilmişdir.
 
“Vakansiyalar” bölməsində mövcud vakansiyalar ilə yanaşı “İşə müraciət formu” da
yerləşdirilib.
 
“Bank haqqında” bölməsində “2009- 2011 illər üzrə Strateji plan”, “İllik hesabat – 2008”, Bankın bütün fəaliyyət dövrü ərzində beynəlxalq audit hesabatları, “Bankın maliyyə göstəricilərinə dair ümumi məlumat” yerləşdirilib.
 
Saytın məlumat məzmunu və funksionallığı üzərində iş davam edir.
 
Sayt və bank haqqında sualları saytın http://www.xalqbank.az/ru/info/view/5/ ünvanından vermək olar.

AZ 1006, İnşaatçılar pr., 22 L,
Bakı, Azərbaycan