Xalq Bankın aktivləri bu ilin əvvəlindən etibarən 9,4 % (2008-ci ilin sentyabr ayının sonundan 16,3 %) artaraq 1 oktyabr, 2009-cu il tarixinə 441,5 mln. manat təşkil etmişdir.
Xalq Bankın kredit portfelinin ümumi həcmi 2009-cü il, sentyabr ayının sonuna 323,5 mln. manat təşkil etmişdir.
O cümlədən, verilmiş ipoteka kreditlərinin məbləği 8,7 mln. manat olub ki, bu da 2009-cu ilin yanvar ayına olan göstərici ilə müqayisədə 105,5 % çoxdur.
Hesabat dövrünün sonuna Xalq Bankın depozit portfelinin ümumi həcmi 2009-cu ilin əvvəlindən 0,55 % artaraq (2008-ci ilin oktyabr ayının əvvəlindən 5,7 % artaraq ) 300 mln. manat təşkil etmişdir.
O cümlədən, müddətli depozitlərin həcmi ilin əvvəlindən 7,8 % (2008-ci ilin oktyabr ayının əvvəlindən 18,5 %) artaraq 226,6 mln. manat olub.
O cümlədən, fiziki şəxslərin depozitləri 180,3 mln. manat olub ki, bu da ilin əvvəlinə olan göstəricilərdən 13,3 % və 3-cü rübün sonuna olan göstəricilərdən 24,2 % çoxdur.
Xalq Bankın ümumu gəlirliyi 2009-cu il, 3-cü rübün sonuna 29,6 mln.manat, ümumi xərclər isə 16,4 mln. manat təşkil edib.
Xalis mənfəət (vergilər ödənildikdən sonra) 2009-cu il, oktyabrın 1-nə 13,2 mln. manata çatıb. İlin əvvəli ilə müqayisədə artım 12,6 mln. manat və ya 1 937 % təşkil edib.
Kapitalın gəlirliyi (ROE,%) ilin əvvəlindən 23% artaraq 24,18 % təşkil etmişdir.
Aktivlərin gəlirliyi (ROA, %) ilin əvvəlindən 2,9 % artaraq, 3%-ə catmışdır.
Xalq Bankın nizamnamə kapitalı 53,55 mln. manat səviyyəsində qalmışdır. Məcmu kapitalı isə 2009-cu il, yanvar-sentyabr ayı ərzində 23%, 2008-ci il, 3-cü rübün sonu ilə müqayisədə isə 52,3% yüksəmişdir, və 70,4 mln. manata çatmışdır.
Xalq Bankın şəbəkə xidməti 9 filial və 2 şöbəni əhatə edir. Bankomatların ümumi sayı 29 (ilin əvvəlindən 8 ədəd artmışdır), POS terminalların sayı isə (ilin əvvəlindən 4 ədəd artaraq) 35-ə çatmışdır.
2009-cu ilin əvvəlindən Xalq Bank müştərilərinə bir sıra yeni xidmət və məhsullarını təklif etdi. Visa International plastik kartlarının buraxılışına başladı. “PrivatMoney”, “Contact”, “Migom” təcili pul köçürmələri sistemlərinə qoşuldu, yeni xidmət növü “SMS-banking” tətbiq etdi.