ASC "Xalq" Bankı tərəfindən təsis edilmiş və nizamnamə kapitalında 100% səhmlərə malik olduğu "Xalq Kapital" MMC şirkətinə Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən lisenziyalar verilmişdir.
Qiymətli Kağızlar bazarında professional iştirakçı kimi fəaliyyət göstərmək məqsədilə təsis olunan "Xalq Kapital" MMC şirkəti aşağıdakı fəaliyyət növlərini həyata keçirmək üçün lisenziyalar almışdır:
Broker fəaliyyəti üzrə - 28 Oktyabr 2009-cu il tarixli 103 saylı lisenziya.
Diler fəaliyyəti üzrə - 28 Oktyabr 2009-cu il tarixli 104 saylı lisenziya.
Qiymətli Kağızların İdarəolunması fəaliyyəti üzrə - 28 Oktyabr 2009-cu il tarixli 105 saylı lisenziya.
"Xalq Kapital" MMC yaxın vaxtlarda qiymətli kağızlar bazarında professional iştirakçı kimi xidmətlər göstərməyi planlaşdırır.