AZ EN RU

 
Məzənnələr
Konverter (AMB-ın məzənnələri üzrə)
Qızıl külçələri

Xalq Bankın Xaçmazda yeni filialı açıldı

Xalq Bankın Xaçmaz şəhərində yerləşən filialı  fəaliyyətə başladı. Şəhərin mərkəzində müasir ikimərtəbəli binada yerləşən “Xaçmaz” filialı sayca Bankın səkkizinci regional filialdır. 

 Filialda müştərilər əmanətlər, müxtəlif növ kreditlər, hesablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri, valyuta dəyişmə əməliyyatları, plastik kartlarla əməliyyatlar və digər bu kimi bank məhsullarından və xidmətlərdən faydalana bilərlər.
 
Hal-hazırda Xalq Bankın Bakıda və regionlarda 11 filialı və 2 şöbəsi müştərilərə xidmət göstərir. İlin sonuna qədər daha bir neçə yeni filialın açılması planlaşdırılır.

 

AZ 1006, İnşaatçılar pr., 22 L,
Bakı, Azərbaycan