Səhmdarların Ümumi Yığıncağının qərarına əsasən Xalq Sığorta şirkətinin nizamnamə kapitalı 3 916 700 AZN artırılaraq 21 061 500 AZN məbləğinə çatdı.
Şirkətin nizamnamə kapitalı 2009-cu ildə fəaliyyətinin nəticəsində əldə olunan mənfəət və əvvəlki illərin bölüşdürülməmiş mənfəəti hesabına səhmlərin nominal dəyərinin artırılması yolu ilə qaldırılmışdır.
Xalq Sığorta şirkəti 2005-ci ildə yaradılmışdır və hazırda Azərbaycanın aparıcı sığorta şirkətləri arasındadır.