Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Xəbərlər

21 Jun 2020

Xalq Banka ağır itki üz verdi

Dünən Abşeron çimərliklərinin birində əməkdaşımız, “Mərkəz” filialının direktoru Yusif İsak oğlu Məmmədovu faciəvi şəkildə itirdik. Ailəsi və dostları ilə istirahət edən Yusif dənizdə batan uşaqları xilas edərkən həlak olub. Valideynləri tərəfindən nəzarətsiz  qalan uşaqların sahildən uzaqda batdığını görən Yusif köməyə atılmışdır.  Şahidlərin sözlərinə görə Yusif uşaqlara üzüb-çataraq onları xilas etmiş, amma özü həlak olmuşdur. 

Yusif olduqca qayğıkeş insan idi. O, mehriban dost, nümunəvi ailə başçısı, dəyərli mütəxəssis, öz işinin peşəkarı idi. Bu gün o, doğulduğu İmişlidə torpağa tapşırıldı. Yusif ailəli idi, iki azyaşlı övladı qaldı.

Xalq Bankın kollektivi Yusifin ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verir. Bu bizim hamımız üçün ağır itkidir. Yusifin xatirəsi bizim ürəklərdə həmişə yaşayacaq. 

Allah Rəhmət eləsin.

KİV Bank haqqında