CONTACT sisteminin üstünlükləri:
- Köçürmələrin geniş coğrafiyası (MDB və uzaq xaric);
- Sərfəli tariflər;
- Köçürmə müddəti cəmi 1 dəqiqə təşkil edir;
- Təhlükəsizlik;
- Rahat rəsmiləşdirmə qaydaları.
Pul köçürməsini necə göndərmək olar?
- Şəxsiyyət vəsiqəsini təqdim etmək;
- Pulu alacaq şəxsin məlumatlarını göstərməklə "Pul vəsaitlərinin köçürülməsi üçün Ərizə"ni doldurmaq;
- Göndərilən pul məbləğini və komisyon haqqını ödəmək;
- Üzərində pul köçürməsinin nəzarət nömrəsi olan blankı almaq;
- Pul köçürməsinin məbləğini və nəzarət nömrəsini köçürməni alan şəxsə bildirmək.
Pul köçürməsini necə almaq olar?
- Şəxsiyyət vəsiqəsini təqdim etmək;
- Pul vəsaitini göndərən şəxsin yaşadığı şəhərin və ölkənin adını, köçürmənin məbləğini, nəzarət nömrəsini göstərməklə "Pul vəsaitlərinin alınması üçün Ərizə"ni doldurmaq;
- Köçürmənin mövcud olduğunu və qeyd olunan məlumatların uyğunluğu yoxlanıldıqdan sonra pul köçürməsini və qəbzi almaq.
Pul köçürmələrinin göndərilməsi və alınması ABŞ dolları, avro və rus rubl ilə yerinə yetirilir.
Pul köçürmələri "Azərbaycan Respublikası rezidentlərinin və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları"na uyğun olaraq yerinə yetirilir.