- Risklərin idarəedilməsi idarəsi
- Bakı
İnformasiya təhlükəsizliyi şöbəsinin mütəxəssisi (Kiber Nüfuzetmə mütəxəssisi - Pentester)
Vəzifə öhdəlikləri
- Proqram və/və ya şəbəkənin yoxlanılması;
- Veb tətbiq və API yoxlamanın aparılması;
- Mobil tətbiqinin yoxlanılması;
- Əməliyyat sistemlərinin təhlükəsizlik yoxlamalarının həyata keçirilməsi;
- Aparılan yoxlamaların sənədləşdirilməsi.
Tələblər
- İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları;
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
- Sahə üzrə müvafiq sertifikatlara (CRT, OSCP, CEH, GPEN və s.) sahib olmaq;
- Veb texnologiyaları barədə anlayış;
- Əməliyyat sistemləri və şəbəkə üzrə anlayış;
- Həm şifahi, həm də yazılı ünsiyyət bacarığı;
- Yaradıcı və strateji düşünmə bacarığı;
- Daim öyrənmə bacarığı;
- Məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti;
- Komandada işləmək bacarığı.
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E - mail: [email protected]
Telefon: (012) 404 43 39