XalqOnline

Dili dəyiş

az

20 Oktyabr 2022

Təhsil və səhiyyə sahəsində çalışanlara Xalq Bankdan sərfəli kredit kampaniyası!

Xalq Bank  istehlak krediti şərtlərini daha da sərfəli edərək yeni kampaniyaya start verdi.

Təhsil və səhiyyə sahəsində çalışan şəxslər indi istehlak kreditini  zaminsiz 15 000, zaminliklə 30 000 manatadək, illik faiz dərəcəsi cəmi 12% olmaqla 48 ay müddətinə əldə edə bilərlər. Bunun üçün müraciətçi qeyd olunan sahədə sonuncu iş yerində son 12 aylıq iş stajına malik olmalıdır.

31 dekabr 2022-ci il tarixədək qüvvədə olan kampaniyadan yararlanaraq kredit əldə etmək üçün Xalq Bankın filiallarına müraciət edə bilərsiniz.

Xatırladaq ki, bir müddət əvvəl Xalq Bank bir sıra dövlət qurumlarında və bank sahəsində çalışan şəxslər, eləcə də neft-qaz sənayesi işçiləri üçün də eyni şərtlərlə kampaniyaya start verib.

Bank məhsulları, eləcə də yenikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.