XalqOnline

Dili dəyiş

az

6 Aprel 2026

Xalq Bank 5 nominasiya üzrə mükafata layiq görüldü

Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən hər il təşkil olunan “Bankçılıq Mükafatları” çərçivəsində qaliblər müəyyən edilib. Xalq Bankın 2025-ci il ərzində müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyəti ABA tərəfindən 5 nominasiyada mükafatla qiymətləndirilib:

  • "Maliyyə savadlılığı dəstəkçisi”;
  • "Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi”;
  • "Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)”;
  • "Təhsil dəstəkçisi”;
  • "Korporativ Sosial Məsuliyyət”.

Ötən il Xalq Bank 2024-2026-cı illər üzrə Strategiyasının icrasını davam etdirərək qeyd edilmiş istiqamətlərdə təqdim etdiyi layihələr və təşəbbüslərlə yadda qalıb.