XalqOnline

Dili dəyiş

az

20 Noyabr 2026

Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak etdi

Xalq Bank beynəlxalq maliyyə bazarlarında fəaliyyətini genişləndirərək Türkiyə Respublikasının Ziraat Bankının 1,1 milyard ABŞ dolları həcmində sindikativ kredit layihəsində iştirak etmişdir. 
Cəlb olunan vəsaitlərin bankın yaşıl aktivlərinin artırılması və dayanıqlı kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsi istiqamətində istifadəsi nəzərdə tutulmuşdur. 18 ölkədən 37 bankın iştirak etdiyi layihə ətraf mühitin qorunması və dayanıqlı iqtisadi inkişafın təşviqinə töhfə verməklə yanaşı, beynəlxalq maliyyə əməkdaşlığının genişləndirilməsinə də xidmət edir. 
Qeyd edək ki, Xalq Bank əvvəlki dövrlərdə də beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində müxtəlif irihəcmli sindikativ kredit layihələrində iştirak etmişdir.