14 Aprel 2026
Xalq Bank I rübün yekunlarını açıqladı
Ölkənin ən böyük özəl banklarından biri olan Xalq Bank 2026-ci ilin I rübünün maliyyə göstəricilərini açıqladı.
Hesabat dövrünün sonuna Bankın aktivləri 3,021 mlrd manat təşkil etmişdir. Qeyd olunan tarixə Bankın kredit portfelinin həcmi (digər maliyyə institutları daxil) 1,880 mlrd manat, depozitlərin həcmi ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 9.7% artaraq 2.075 mlrd manat təşkil etmişdir.
2026-cı ilin I rübünün sonuna Bankın cəmi kapitalı ötən ilin analoji dövrünün sonu ilə müqayisədə 6.1% artaraq 550,7 mln manat, xalis mənfəəti 9,4 mln manat təşkil etmişdir.