XalqOnline

Dili dəyiş

az

6 İyul 2023

Xalq Bankda “Biznes günləri” - yeni korporativ müştərilər üçün güzəştlər!

Xalq Bankda “Biznes günləri” - yeni korporativ müştərilər üçün güzəştlər!

Xalq Bank biznes sahiblərinə  sərfəli əməkdaşlıq şərtlərindən yararlanmaq və bank xərclərini azaltmaq imkanı verən kampaniyaya start verir.

3 ay davam edəcək kampaniya müddətində Xalq Bankda yeni hesab açan hüquqi şəxs və fərdi sahibkarlara 06 oktyabr tarixədək aşağıdakı bank komissiyalara 50% güzəşt tətbiq ediləcək:

  • əməkhaqqı köçürmələri;
  • ölkədaxili manat köçürmələri;
  • ölkəxarici valyuta köçürmələri;
  • nağdlaşdırma.

Xalq Bank müştərisi olmaqla biznes sahibləri həm də Bankın təklif etdiyi bir sıra bank məhsul və xidmətlərindən PULSUZ yararlana biləcəklər:

  • сari hesabın açılması;
  • 3 illik əmək haqqı kartları;
  • biznes kartları;
  • konvertasiya əməliyyatı;
  • XalqOnline İnternet və Mobil Bankçılıq sisteminə qoşulma.

Bank xidmət və məhsulları, eləcə də kampaniyalar və yenilikləri haqqında ətraflı məlumatı Xalq Bankın rəsmi Facebook və Instagram səhifələrindən, eləcə də https://www.xalqbank.az/ saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.