XalqOnline

Dili dəyiş

az

26 Sentyabr 2023

Xalq Bankdan tələbələr üçün yeni kampaniya!

Xalq Bank və VİSA xaricdə təhsil alan tələbələr üçün kampaniyaya start verir. Belə ki, xaricdə təhsil alan tələbələr VİSA Platinum kartını 1 illik sifariş etdikdə pulsuz, 2 və 3 illik sifariş verdikdə isə kartın satış qiymətinə və ya ilkin ödənişə 50% endirimlə əldə edəcəklər.

Xalq Bankın Visa Platinum kartı vasitəsilə dünyanın istənilən nöqtəsində müxtəlif eksklüziv xidmətlərdən yararlanmaq, vəsait nağdlaşdırmaq, onlayn alış-veriş etmək və Apple Pay/Google Pay xidməti ilə ödənişlər aparmaq mümkündür. Müştərilər bu kartlarla Visa Qlobal Dəstək (Visa Global Assistance) servisi, LoungeKey proqramı çərçivəsində dünya üzrə hava limanlarının biznes zallarına pulsuz keçid xidməti, peşəkar Visa konsyerj servisi, eləcə də hava limanlarında pulsuz sürətli keçid (Fast Track) xidməti və Bakıda hava limanına pulsuz transfer xidmətindən yararlana bilərlər.

Kampaniya 31 dekabr tarixədək qüvvədədir. Kampaniyadan yararlanmaq istəyən tələbələr Bankın baş ofisinə və ya istənilən filialına yaxınlaşaraq kartı sifariş edə bilər.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.