XalqOnline

Dili dəyiş

az

2 Noyabr 2026

Xalq Bank premium kartları 50% endirimlə təqdim edir

Xalq Bank premium kartları 50% endirimlə təqdim edir

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinite ödəniş kartlarını 50% endirimlə eldə edə bilərlər. 

Premium seqmentə aid bu kartlar səyahət və gündəlik həyat üçün geniş imtiyazlar təqdim edir.
Mastercard Black Edition sahibləri il ərzində 10 dəfə hava limanlarının biznes-zallarından və Fast Track xidmətindən, 4 dəfə Heydər Əliyev Beynəlxalq Hava Limanına ödənişsiz transfer və Premium Travel Access xidmətlərindən istifadə edə bilərlər. Əlavə olaraq kartın təqdim etdiyi  imtiyazlara restoranlarda 5% keşbek, Duty Free mağazalarında xüsusi keşbek, səyahət sığortası, xaricdə 1 GB mobil internet və Mastercard Assistance xidmətlər daxildir. Visa Infinite sahibləri isə il ərzində 6 dəfə hava limanlarının biznes-zallarına ödənişsiz giriş, Fast Track və Fast Line xidmətləri vasitəsilə sürətli keçid, həmçinin Azərbaycan, Türkiyə və BƏƏ hava limanlarında transfer imkanından faydalana bilərlər. Kartın digər üstünlükləri sırasına 24/7 fəaliyyət göstərən Visa Concierge xidməti, rouminq üçün internet paketi, Bakı hava limanının CIP terminalında xüsusi imkanlar və beynəlxalq səyahət sığortası daxildir.

Qeyd edək ki, endirim kartların birdəfəlik xidmət haqqına şamil olunur.
Müştərilər MC Black Edition və Visa Infinite kartlarını həm Xalq Bankın geniş filial şəbəkəsindən, həm də onlayn kanallar vasitəsilə sifariş edə bilərlər: https://cardorder.xalqbank.az/?card=9&lang=az Bakı ərazisində pulsuz çatdırılma xidməti aktivdir.