Cash by Code xidməti vasitəsilə günün istənilən vaxtı kartı olmayan yaxınlarınıza köçürmə edə bilərsiniz. Alan şəxs köçürülmüş vəsaiti kart olmadan ATM-lərdən götürə bilər.
Köçürmə etmək üçün kanallar
-
XalqOnline mobil tətbiqi;
-
Xalq Bank ATM-i və ya digər Azericard PM-in xidmət etdiyi ATM.
Pulu göndərmək üçün
-
Menüdə Cash by Code xidmətini seçin;
-
Pulu alacaq şəxsin mobil telefon nömrəsini və köçürmə məbləğini daxil edin.
Köçürmə zamanı sistem tərəfindən iki hissədən ibarət kod formalaşır. ATM-lə köçürmədə bu kodun bir hissəsi pulu göndərən şəxs üçün çap olunur, digər hissəsi SMS vasitəsilə pulu alacaq şəxsin mobil nömrəsinə göndərilir. Mobil tətbiqlə köçürmədə kodun bir hissəsi ekranda əks etdirilir, digər hissəsi SMS vasitəsilə pulu alacaq şəxsin mobil nömrəsinə göndərilir. Kod 24 saat ərzində qüvvədədir.
Pulu almaq üçün
-
Pulu alan şəxs ATM-ə yaxınlaşıb sağ yuxarı düyməni seçir;
-
Pulu köçürənin ona göndərdiyi və öz mobil nömrəsinə aldığı kodları birləşdirərək ümumi kodu ekrana daxil edir;
-
Valyutanı və məbləği qeyd edir;
-
ATM-dən nağd vəsaiti əldə edir.