Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Müddətli

Xalq Bankın "Müddətli" əmanəti sərbəst vəsaitlərinizin müxtəlif müddətlər üzrə (3, 6, 9, 12 ay) əmanət hesabına qoyulmasını nəzərdə tutur.

Məhz bu əmanət növündən istifadə etməklə Siz heç bir müddət məhdudiyyəti olmadan yerləşdirdiyiniz vəsaitlərdən yararlana bilərsiniz.

Bu əmanət növünü seçən müştərilərimizə MasterCard Debit hədiyyə olunmaqla yanaşı Mobil Bank SMS-məlumatlandırma xidmətləri də pulsuz təqdim olunur.

Müştərinin istəyindən asılı olaraq Müddətli əmanət növü üzrə hesablanmış faizlər ya cari hesaba, ya da kart hesabına köçürülür.

Bankımızda yerləşdirdiyi əmanət vəsaitlərinin 80% -ə qədər məbləğində əmanət sahibi 8% illik faiz dərəcəsi başlamaqla pulsuz kredit kartı əldə edə bilər. 

Faizlərin hesablanması üçün verilən kart və ya Kredit kartınızda Mobil Bank və SMS-məlumatlandırma xidmətlərindən pulsuz istifadə edə bilərsiniz.

Məsləhətİ göstər

Əmanətin illik faiz dərəcəsi

6% AZN

1% USD

0.5% EUR
 

Qeyd: 100 000 USD/EUR məbləğindən yüksək olan əmanətlər üzrə faiz dərəcələri tərəflərin razılığı əsasında müəyyən edilir.

 

Əmanətin müddəti

3, 6, 9, 12 ay

Əmanətin minimal məbləği

1 000 AZN/USD

Əmanətin maksimal məbləği

100 000 USD/EUR            

Əmanətin valyutası

AZN/USD/EUR

Əmanətin artırılması

İcazə verilmir

Vəsaitlərin qismən çıxarılması

İcazə verilmir

Faizlərin hesablanması və ödənilməsi

Faizlər hər ay (yalnız 6 aydan çox müddəti olan əmanətlər üçün) müştərinin cari və ya kart hesabına köçürülür.

ƏMANƏTİN MÜDDƏTİ

FAİZ DƏRƏCƏSİ

 

AZN

USD

EUR

3 ay

1.5%

-

-

6 ay

3%

0.5%

0.25%

9 ay

4.5%

0.75%

0.375%

12 ay

6%

1%

0.5%

Qeyd: 100 000 USD/EUR məbləğindən yüksək olan əmanətlər üzrə faiz dərəcələri tərəflərin razılığı əsasında müəyyən edilir.
 

Əmanətin vaxtından əvvəl çıxarılması

Əmanət vaxtından əvvəl geri götürülərsə, əmanətçiyə əvvəl ödənilmiş faiz məbləği əmanətin əsas məbləğindən tutulur, müştəri ilə müqavilə ləğv olunur və faizlər vəsaitlərin hesabda olduğu müddətə görə hesablanır.

 

ƏMANƏTİN VALYUTASI

FAİZ DƏRƏCƏSİ

3 aya qədər

3-6 ay

6-9 ay

9-12 ay

AZN

faizlər ödənilmir

1.5%

3%

4.5%

USD

-

faizlər ödənilmir

0.5%

0.75%

EUR

-

faizlər ödənilmir

0.25%

0.375%

 

 

Əmanət kalkulyatoru

6 ay