Akkreditiv təyinatlı kredit xətti

Biz idxalı
ikiqat əlverişli etdik

Beynəlxalq ticarət əməliyyatlarının həyata keçirilməsi və yaranan risklərin aradan qaldırılması üçün ən geniş isifadə olunana məhsul akkreditivdir. Xalq Bank ucuz beynəlxalq resurslar və akkreditivin üstünlükləri hesabına beynəlxalq ticarəti daha da əlverişli etdi.

Akkreditiv

Satıcı tərəfindən malın göndərilməsi, akkreditivdə nəzərdə tutulan digər şərtlərinin tam olaraq yerinə yetirilməsi və müvafiq sənədlərin təqdim edilməsi müqabilində akkreditivdə qeyd edilən məbləğin satıcıya ödənişini təmin edən bank xidmətidir.

Pullarınız və maraqlarınız
qorunur
Aşağı
faiz dərəcəsi
Kompleks xidmətlər
bir arada

Xalq Bankın akkreditiv təyinatlı krediti

500 000 manat və ya 300 000 ABŞ dolları məbləğində bərpaolunan kredit xətti akkreditiv üzrə hesablaşma üçün təqdim edilir və akkreditiv üzrə ödəniş tarixindən dörd ay müddətinə verilir. Faiz dərəcəsi 8% (AZN), 4% (USD).

Akkreditiv təyinatlı kreditlər kimlər üçündür?

Xarici ticari fəaliyyəti olan kiçik və orta sahibkarlar

Akkreditiv təyinatlı kredit hansı əqdlər üçün nəzərdə tutulub?

Xarici ticarət yolu ilə alınan malların maliyyələşdirilməsi

Akkreditiv təyinatlı kreditin üstünlükləri

Ənənəvi kredit məhsulları ilə müqayisədə daha ucuz maliyyə resursu
Kredit üzrə faiz ödənişlərinə qənaət
Fakt əsasında ödəniş hesabına satıcı ilə daha əlverişli şərtlərlə razılaşma imkanı
Alınan malın çatdırılması ilə bağlı risklərin minimallaşdırılması
Müqavilənin icrasına bankın nəzarəti

Akkreditiv təyinatlı kredit necə işləyir

1

Müştəri akkreditivin açılması və kredit xəttinin verilməsi üçün müraciət edir

2

Bank akkreditivi açır və satıcıya göndərir

3

Mal çatdırıldıqdan sonra Bank Alıcının yerinə ödəyir

4

Ödəniş günündən başlayaraq 4 aylıq kredit xətti işə düşür

5

Müştəri 4 ay ərzində Banka kredit borcunu qaytarır

Akkreditiv təyinatlı kredit vasitəsi ilə hansı mallar alına bilər?

İstehlak Malları
Tikinti materialları və avadanlıq
Nəqliyyat vasitələri
Digər

Tərəflərin maraqları

Alıcı

Dövriyyədən vəsaiti çıxarmır, cüzi faizlə lazım olan məbləği əldə edir, satıcının öhdəliklərini tam olaraq yerinə yetirəcəyinə zəmanət alır, əks halda vəsaitini geri alır

Satıcı

Hesablaşmaların təhlükəsizliyi və ödəniş zəmanətindən arxayındır

Əgər Siz akkreditiv təyinatlı kredit məhsulu ilə maraqlanırsınızsa, aşağıdakı bölümü doldurun və bizim mütəxəssislər Sizinlə əlaqə saxlayıb bütün suallarınızı cavablandıracaqlar

Ad və Soyadınız*
Mobil nömrəniz*
E-poçt ünvanınız*

Bütün xanaların doldurulması vacibdir