İPOTEKA KREDİTİNİN NÖVÜ |
ARİKZF-İN HESABINA |
ARİKZF-İN HESABINA (GÜZƏŞTLİ) |
XALQ BANKIN DAXİLİ VƏSAİTİ HESABINA |
Maksimal məbləğ |
150 000 AZN |
100 000 AZN |
250 000 AZN |
Müddət |
3-25 il |
3-30 il |
22 il |
İlkin ödəniş |
Alınan mənzilin dəyərinin 30%-i |
||
İllik faiz dərəcəsi |
7% |
4% |
9 - 11% |
Ödəniş qaydası |
Cədvələ uyğun olaraq faizlərin və əsas borc məbləğinin ödənilməsi (hər ay eyni məbləğ). Aylıq ödəniş məbləği əməkhaqqının 70%-dən çox olmamalıdır. |
||
Girov təminatı |
Dövlət reyestrindən çıxarışı olan və təmirli mənzil |
||
Kreditin rəsmiləşdirilməsinə görə komissiya |
0.1% |
0.1% |
0.2% |
Qeyd: ARİKZF vəsaiti hesabına verilən ipoteka kreditləri üzrə alınan yaşayış sahəsi "01" Yanvar 1970-ci ilin tarixdən sonra tikilən köhnə tikili binada mənzil, bağ evi və ya fərdi yaşayış evi və "01" Yanvar 2005-ci il tarixədək inşa edilmiş Yeni tikili binada mənzil olduqda ilkin ödəniş yaşayış sahəsinin dəyərinin minimum - 30 %-ni təşkil etməlidir.
Alınan yaşayış sahəsi "01" Yanvar 2005-ci il tarixdən sonra inşa edilmiş Yeni Tikili binada mənzil olduğu təqdirdə isə ilkin ödəniş yaşayış sahəsinin dəyərinin minimum - 20 %-ni təşkil etməlidir.
Kreditin alınması
İpoteka kreditinin alınması üçün müraciətlər yalnız Elektron Hökümət Portalı (www.e-gov.az) vasitəsilə mümkündür. Müraciət zamanı qeydiyyatdan keçərkən borcalanlar Elektron İmza Tokeni (www.e-imza.az) və ya ASAN imza (www.asanimza.az) əldə etməlidirlər.
Borcalana qarşı tələblər:
Yaş |
18 yaşdan - təqaüd yaşına qədər |
Vətəndaşlıq |
Azərbaycan |
Son iş yerində minimal əmək stajı |
6 ay |
İpoteka kreditinin alınması üçün tələb olunan sənədlər:
- Borcalanın (birgə Borcalanın) şəxsiyyətini təsdiq edən sənəd (sənədin surəti);
- Nikahın bağlanması (və ya boşanma) barədə şəhadətnamə (sənədin surəti);
- Borcalanla (birgə Borcalanla) birgə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlər (sənədlərin surətləri);
- Borcalanın (birgə borcalanın) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri (sənədlərin surətləri);
- Borcalanın (birgə borcalanın) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar şöbəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti;
- Borcalanın (birgə borcalanın) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa əlavə iş yerindən arayış və s.);
- İpoteka predmetinin qiymətləndirmə aktı.
Borcalan fərdi sahibkar olduqda əlavə olaraq təqdim olunmalı sənədlər:
- Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi haqqında şəhadətnamə (surəti);
- Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.
İpoteka kreditinin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər:
- İpoteka qoyulan yaşayış sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənəd (dövlət reyestrindən çıxarış) və texniki pasport (tələb olunduqda);
- İpoteka qoyulan yaşayış sahəsi üzrə qeydiyyatda olanlar haqda arayış;
- İpoteka predmetinin ipotekaya qoyulmasına və məhkəmədən kənar qaydada satılmasına dair ərin/arvadın, ipoteka predmetində qeydiyyatda olan digər yetkinlik yaşına çatmış ailə üzvlərinin notarial orqanlarına təqdim olunan razılığın surəti. İpoteka predmetinin mülkiyyətçisi yetkinlik yaşına çatmamış şəxs olduqda, onun maraqları çərşivəsində səlahiyyətli qəyyumluq və himayəçilik orqanlarının razılığının surəti.
İpotekanın rəsmiləşdirilməsindən sonra təqdim olunmalı sənədlər:
- İpoteka müqaviləsinin (Qarışıq müqavilə) və ipoteka kağızının əsli və onların dövlət qeydiyyatından keçməsini təsdiqləyən sənədlər;
- Borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsindən sığortalanmasını, eləcə də ipoteka predmetinin sığortalanmasını və sığorta ödənişlərinin ödənildiyini təsdiqləyən sənədlər;
- Alınmış yaşayış sahəsinin alqı-satqı müqaviləsinin surəti;
- Yaşayış sahəsinin satıcısının (fiziki şəxslər üçün) şəxsiyyətini təsdiq edən sənədin surəti.
Qeyd: Təqdim olunan sənədlərin surətləri notarial qaydada təsdiqlənməlidir.
Kreditin təmin olunması ilə bağlı qərar qəbul etmək üçün Bank əlavə məlumat, eləcə də bu məlumatı təsdiq edən zəruri sənədləri tələb etmək hüququna malikdir.
Kredit götürmək istəyirsiniz?
KREDİTİN MƏBLƏĞİ
15 ay
15 %
Mənə kredit düşür?
Geri15 ay
15 %