Onlayn məsləhətçi
Azərbaycan xalqının əsrlər boyu yaratdığı mədəni dəyərlərin, onun söz, musiqi, sənət irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi hər birimiz üçün böyük önəm daşıyır. Azərbaycan folklor nümunələrinin, şair və yazıçılarının, rəssam və heykəltəraşlarının, xanəndə və bəstəkarlarının, alim və mütəfəkkirlərinin yaratdıqlarını daim diqqət mərkəzində saxlamaqla, onların incilərini müxtəlif dillərə çevirməklə, dünya xalqlarına təqdim etməklə, biz Azərbaycanın mədəni irsinin, mənəvi dəyərlərinin bəşər mədəniyyətinə inteqrasiya etməsinə təkan veririk.
Xalqımızın mədəni irsinin, dəyərlərimizin dünyaya tanıdılması məqsədi ilə Xalq Bank "Xalq Əmanəti" - sosial-mədəni layihəsinə start verir. Bankımız bu layihə ilə Azərbaycan xalqının görkəmli sənət və elm xadimlərinin yaratdıqlarına ən qiymətli Əmanət olaraq dəyər verir. Əmanətlərin necə qorunmalı olduğunu isə Xalq Bank çox gözəl bilir.
Xalq Əmanətini birlikdə qoruyaq!