Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Gəncə Rəssamları

Tarix boyu Gəncə şəhəri yetişdirdiyi görkəmli şəxsiyyətləri ilə məşhur olub. Gəncə torpağı bəşəriyyətə Nizami, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh, Fikrət Əmirov dühalarını bəxş edib. Bu gün də qədim Gəncə Azərbaycan mədəniyyətini zənginləşdirməkdə davam edir.

"Xalq Əmanəti" layihəsinin doqquzuncu nəşri beş Gəncə sənətkarı: rəssamlar Rza Məmmədov (1918-1994), Xalidə Səfərova (1926-2005), Gennadi Brijatyuk (1935-2008), Fazil Əliyev (1947-1993) və heykəltəraş Qorxmaz Sücəddinovun (1932-2010) həyat və yaradıcılıqlarına həsr olunub.

Bu ustadların hər biri Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfələr vermiş, milli incəsənətimizin zənginləşməsində özünəməxsus xidmətləri olmuşdur. Onların Azərbaycan xalqının tarixi və mədəniyyətini vəsf edən əsərləri şəxsi kolleksiyalarda, dünyanın müxtəlif qalereya və muzeylərində qorunur.