Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Kamal Əhməd (1940-1994)

Əməkdar incəsənət xadimi Kamal Əhməd oğlu Əhmədiv 28 fevral 1940-cı ildə Bakı şəhərində dünyaya gəlib. O, 1958-1964-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində Məktəbində təhsil alıb. O, lap gənc yaşlarından başqalarına bənzəməmək, tamamilə fərqli olmaq istəyirdi. Səttar Bəhlulzadə, Cavad Mircavadov, Rasim Babayev, Qorxmaz Əfəndiyev və Fazil Nəcəfov kimi sənətkarları özünə müəllim bilən rəssamın yaradıcılığı çoxşaxəli və mürəkkəbdir.

Kamal Əhməd yaxınları, dostları, həmfikirləri olmasına baxmayaraq həyat yolunda tənha səyyah kimi tərki-dünya olub yaradır və bu sirli ayinə heç kimi yaxın buraxmırdı. Öz əsərləri haqqında danışmağı sevmir, rəngkarlığı haqqında heç bir müzakirəyə yol vermir, daxili aləmini hamıdan gizlədirdi. O, öz qəlbini yalnız kətan üzərindəki obrazları vasitəsilə öz-özü ilə sonsuz ünsiyyətdə ifadə edirdi.

O, əmin idi ki, incəsənəti yalnız və yalnız duymaq olar. Onu izah, şərh etməyin lüzumsuzluğunu, rəssamın şəxsiyyətini, onun dünyagörüşünü anlamaq üçün açar axtarmağın, onu dərindən hiss etməyin, qəlbindəki çağırışına canlı, səmimi cavab tapmağın vacibliyini vurğulayırdı. Nizami və Füzulinin fəlsəfəsi ilə maraqlanan, digər böyük mütəfəkkirlərdən sitatlar gətirən, üfüq xətti kimi xəyali və əlçatmaz həqiqət axtarışında əsl dərvişə çevrilən rəssam yoxsulluq, səfalət içində yaşayır, uzun müddət sənətkar kimi nə şöhrət tapır, nə də ad-san - buna baxmayaraq dünyanın heç bir naz-neməti onu əsl sənət yolundan dönməyə məcbur edə bilmir.