Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Maral Rəhmanzadə (1916-2008)

Xalq Bankı xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması istiqamətində “Xalq Əmanəti” – mədəniyyət layihəsini həyata keçirir. Bu layihə çərçivəsində Azərbaycanın görkəmli ədəbiyyat, incəsənət və elm xadimlərinin əsərləri, eləcə də xalq yaradıcılığı, folklor nümunələri nəfis tərtibatda nəşr olunub sənətsevərlərin ixtiyarına verilir. “Xalq Əmanəti” layihəsi Azərbaycan dövlətinin xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi işinə Xalq Bankın kiçik bir töhfəsidir.

“Xalq Əmanəti” layihəsinin üçüncü buraxılışı Azərbaycanın ilk peşəkar qadın rəssamı, dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Xalq rəssamı Maral Rəhmanzadənin həyat və yaradıcılığına həsr olunub.

Maral Rəhmanzadənin fırçasına məxsus industrial və təbiət mənzərələri, kitab qrafikası nümunələri xalqımızın zəngin mədəni irsinin ayrılmaz hissəsinə çevrilmişdir. Zərif, idealizə olunmuş Azərbaycan qadını, “yeni sovet qadını” obrazları, neftçilərə həsr olunmuş son dərəcə emosional əsərlər, şəhər və kənd mənzərələrinin geniş retrospektivi – bu  mövzular və obrazlar Maral Rəhmanzadənin dərindən, incəliklə hiss etdiyi, bütün qəlbi ilə sevdiyi  Azərbaycanın  sənət tarixində öz layiqli yerini tutub.