Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Mikayıl Müşfiq (İsmayılzadə Mikayıl Əbdülqadir oğlu 1908-1938)

Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, dövrünün tanınmış ziyalısı Mirzə Əbdülqadir İsmayılzadənin ailəsində anadan olmuşdur. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azərbaycan Dövlət Darülfünun (indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsini bitirmişdir (1927-1931).

Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdır. Bakı orta məktəblərində yeddi il müəllimlik etmişdir. Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şeirilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir.

Repressiyalar dönəmində həbs edilmiş, 1938-ci il yanvar ayının 6-da güllələnmişdir. İllər sonra tam bəraət almış və reabilitasiya olunmuşdur. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilmişdir.

Görkəmli bəstəkarlarımız Müşfiqin sözlərinə onlarla gözəl nəğmələr yazmışlar. Şairin "Yenə o bağ olaydı", “Oxu, tar", “Küləklər”, “Ana” və bir sıra başqa şeirləri dillər əzbəri olaraq Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.