Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Səttar Bəhlulzadə (1909-1974)

"Xalq Əmanəti" seriyasının altıncı buraxılışı böyük Azərbaycan rəngkarı, Xalq rəssamı Səttar Bəhlulzadənin həyat və yaradıcılığına həsr olunub.

Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın əməkdar incəsənət xadimi (1960), Xalq rəssamı (1963), Dövlət mükafatı laureatı (1972) Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu il dekabr ayının 15-də Bakının Əmircan kəndində anadan olub. 1927-1931-ci illərdə Bakı Rəssamlıq Texnikumunda, 1933-1940-cı illərdə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb.

Səttar Bəhlulzadə sənəti Azərbaycanı tərənnüm edən, bu torpağın polifonik mənzərəsini yaradan bir himndir. Azərbaycan adlanan dünyanın Səttarın fırçasına mənsub tablosunda Azərbaycan torpağının ümumiləşdirilmiş bədii obrazından əlavə, bu torpaqda yaşayan xalqın yaratdığı qədim mədəni ənənələrin harmoniyası öz əksini tapmışdır. Rəssamın özünəməxsus üslubunda incə rəng duyumu, major boyalı, simvolik və metaforik təsvir vasitəli, mürəkkəb bədii sistemli milli mədəniyyətin əks-sədası duyulur.

Səttar Bəhlulzadə sənəti qədim memarlığımız və miniatürlərimiz, ecazkar xalça və tikmələrimiz, bütün xalqları duyğulandırmaq gücündə olan poeziyamız və muğamlarımız kimi zaman, millət və digər çərçivələrə sığmayan əbədi bəşəri dəyərdir.