Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Samir Kaçayev (1994-2016)

Şamaxı rayonunun Çuxuryurd kəndində, sadə ailədə dünyaya göz açmış Samir hələ uşaqlıq çağlarından yaradıcılığa bir bağlılıq, bəlkə də bir tələbat duyurdu. Rəsmlər çəkir, plastilindən xırda heyvan, güldan və gül heykəlcikləri düzəldirdi. Arzuları onu Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına gətirir. Burada peşəkarların qayğı və diqqəti altında sənətin sirlərini dərindən öyrənir. Qəlbi yaşamaq-yaratmaq eşqiylə çağlayan, ətrafındakı aləmi özünəməxsus şəkildə dərk edən bu gənc mövzunu bənzərsiz yozumda təqdim edərək tamaşaçını ovsunlamağı, onun rəğbətini qazanmağı bacarırdı.

Samirin qısa yaradıcılıq yolunda böyük bir rəssama xas missiya sezilir – o, dünyaya nəcibliyin carçısı kimi gəlib. Öz əsərləriylə o, bizi hər an əbədiyyət barədə düşünməyə səsləyir. Onun nakam sənəti, heç şübhəsiz, yaradıcı və istedadlı şəxsiyyətinin nurundan güc alır, bəhrələnirdi. Bu nuru o, hamı ilə səxavətlə paylaşırdı.

Bu gün Samir Kaçayevin formaca kiçik, mənaca dərin əsərləri onun böyük qəlbindən, tükənməz enerjisindən və həyat eşqindən bizə soraq verir. Çox qısa bir zamanda yaratdığı və bütün qəlbini qoyduğu bu əsərlər haqlı olaraq çağdaş Azərbaycan incəsənətinin vazkeçilməz dəyərləri sayılır.