XalqOnline mobil tətbiqi

Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Aksiyalar

21 Oct 2013

“Visa imtiyazlar dünyasını kəşf edin!”

Visa və Xalq Bank Visa plastik kart sahibləri üçün “Visa imtiyazlar dünyasını kəşf edin!” kampaniyası çərçivəsində sərfəli endirimlərdən faydalanmağı təklif edir. Belə ki, 21.10.2013-20.12.2013 tarixləri arasında Xalq Bankın istənilən filialında Visa Gold və Visa Platinum kartını sifariş verən hər bir müştəri MyBrands mağazalar şəbəkəsində alış-veriş üçün üç ədəd 20% endirim kuponu əldə edəcək. Endirimdən faydalanmaq üçün alış-veriş zamanı ödəniş Visa kartı ilə aparılmalıdır. Xüsusi endirim kuponlarından 15.01.2014-cü il tarixinədək yararlanmaq mümkündür.

Bundan əlavə, qeyd olunan müddət ərzində Xalq Bankın istənilən Visa kartının, o cümlədən Visa Classic, Visa Gold, Visa Platinum və Visa Electron kartlarının istifadəçiləri MyBrands mağazalar şəbəkəsində 120 manatdan yuxarı alış-veriş etdikdə 10% endirim və həmçinin Visa kartının növündən asılı olmayaraq kampaniyanın bütün iştirakçıları olan müştərilərimiz MYBRANDS STANDART endirim kartı hədiyyə alacaqlar. MYBRANDS STANDART endirim kartı MyBrands mağazalar şəbəkəsinə daxil olan United Colors of Benetton, Sisley, Bebe, Accessorize, Tommy Hilfiger, Monsoon, Adidas, Nike, Nine West, Coast və s. kimi brend mağazalarda 5% endirim imkanı verir.

Qeyd edək ki,Xalq Bankın Visa Gold, Visa Classic və Visa Electron plastik kartları müştərilərə pulsuz təqdim edilir.