XalqOnline mobil tətbiqi

Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Aksiyalar

4 Jul 2013

Hər yeni gün Park Cinemaya 2 nəfərlik bilet hədiyyə qazandırır!

www.xalqbank.az saytında gün ərzində ən çox məbləğdə kommunal, rabitə, internet, kabel TV ödənişləri edən müştəri SİZ olun, Park Cinema və Metro Park kinoteatrlarından birinə hər gün 2 nəfərlik bilet hədiyyə qazanın!

Ödənişlərə görə komissiya tutulmur və ödənişləri həm Xalq Bankın, həm də digər bankların kartları vasitəsilə həyata keçirmək olar.

Müsabiqənin şərtləri :

  • Aksiyada www.billpay.xalqbank.az səhifəsində qeydiyyatdan keçən və ödəniş edən bütün müştərilər iştirak edir.
  • Hər növbəti gün keçən gün gecə saat 00:00-a qədər ödədiyiniz məbləğ hesablanır və digər müştərilərin ödədiyi məbləğlərlə müqayisə olunur. Ən çox ödəniş edən müştəri günün qalibi elan olunur və Park Cinema və ya Metro Park kinoteatrlarına 2 nəfərlik dəvətnamə qazanır. Həmin dəvətnamələr adıçəkilən kinoteatrlarda biletlərə dəyişdirilir.
  • Eyni şəxs aksiya üzrə digər günlərdə də qalib ola bilər.
  • Aksiyanın qalibi olan şəxslər dəvətnamələri qəbul etdiyi tarixdən 30 gün ərzində istifadə etməlidir.

Bütün bunlarla yanaşı ödədiyiniz hər 1 manat Sizə 100 bonus qazandırır. Bonusları toplayıb lotereyada iştirak edə və İpad mini, Samsung Galaxy SIII mini, Van Cleef & Arpels parfümləri, məşhur restoranlardan birinə 2 nəfərlik şam yeməyi üçün kupon və digər maraqlı hədiyyələr qazana bilərsiniz.

Əgər plastik kartınız yoxdursa, Xalq Bankın istənilən filialına yaxınlaşıb təklif etdiyimiz plastik kartları PULSUZ əldə edə bilərsiniz.

Ödənişləri kartınızla edin, kinoteatrlar şəbəkəsində nümayiş olunan “Aşk kırmızı”, “Salem hökmdarları”, “Əfsanə №17”, “Şam ağacları altında”, “Kon-tiki”, “Tələyə xoş gəlmişsiniz”, “Qanla və tərlə: Anaboliklər”, “Çox qorxulu kino 5”, “Rif” 3D və “Ehtiras” filmlərindən birini izləmək imkanı qazanın.