XalqOnline mobil tətbiqi

Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Aksiyalar

31 Jan 2014

Xalq Bank MasterCard, Maestro və Dizayn kart sahibləri üçün yeni aksiyaya start verdi!

01-31.10.2013 tarixlərdə Xalq Bankın MasterCard, Dizayn kart və Maestro plastik kart sahibləri lotereyada iştirak edərək 10 dekabr tarixdə UEFA Çempionlar Liqası çərçivəsində İstanbulda keçiriləcək “Qalatasaray” – “Yuventus” oyununda övladının ulduz futbolçularla sıra düzülüşünə çıxmasını fəxrlə izləmək şansını qazana biləcək.

Əgər Siz MasterCard, Dizayn kart və Maestro plastik kart sahibisinizsə, onda qeyd olunan tarixlərdə istər ölkə daxilində, istərsə də ölkə xaricində POS-terminallar və ya internet üzərindən alış-veriş edərkən avtomatik olaraq lotereyaya qatılacaqsınız. Bu plastik kartlar vasitəsilə həyata keçirilmiş hər bir əməliyyat Sizə lotereyada iştirak etmək üçün bir uduş şansına bərabər olacaq.

Kampaniyanın şərtləri:

  • Lotereyada istənilən “MasterCard” brendi (Debet MasterCard, MasterCard, Maestro and Cirrus daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq) atında buraxılmış kartların sahibi olan və 01-31 Oktyabr 2013-cü il tarixləri arasında yerli və beynəlxalq alış-veriş zamanı POS terminallar və ya internetdən (elektron ticarət) istifadə etməklə istənilən “MasterCard” kartı vasitəsi ilə ödəniş edən, sahibləri iştirak edir;
  • Eyni zamanda bir neçə “MasterCard” kartı istifadə etməklə lotereyada iştirak etmək mümkündür;
  • Lotereyanın 3 qalibi olacaq və onlar Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq, 7 Noyabr 2013-cü il tarixində “McCann Erickson” tərəfindən S. Dadaşov küç. 41 ünvanında xüsusi proqram vasitəsi ilə, təsadüfi seçim prinsipi ilə müəyyən ediləcək. Həmçinin, qaliblərin zəruri tələblərə cavab vermədiyinə görə uduşları əldə edə bilməməsi halını nəzərə alaraq, 3 ehtiyat qalib də müəyyənləşdiriləcək. Lotereyanın qalibi 8 Noyabr 2013-cü il tarixində “MasterCard” şirkətinin rəsmi veb-səhifəsində elan ediləcək;
  • Lotereyanın uduş fonduna 3 ədəd hədiyyə paketi daxildir. Hər bir paketə UEFA Çempionlar Liqasının 10 dekabr 2013-cü ildə Türkiyədə keçiriləcək oyununa iki (2) ədəd dəvətnamə (biri qalib, digəri isə qalibi müşayiət edən uşaq üçün), iki (2) nəfərlik bir (1) gecəlik otel qonaqlaması və aeroport-şəhər-aeroport transfer xərcləri daxil olmaqla iki (2) nəfərlik Bakı-İstanbul gediş-gəliş aviabileti daxildir. Hər bir qalib oyunda sıra düzülüşündə iştirak etməsi üçün bir uşaq gətirməlidir. Buna görə də qalibi müşayiət edən ikinci şəxs, yaşı 7-9 arası, boyu 110-130 sm arası olan uşaq olmalıdır. Uduşlar pul ilə əvəzlənə bilməz;
  • Lotereyanın qalibinin ən azı 18 yaşı olmalıdır və onun və müşayiət edən uşaqların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ölkədən getmək, səyahət etmək hüququ və lazımi sənədləri (xarici pasport, valideynlərin razılığı və s.) olmalıdır və lotereya təşkilatçısının tələbi ilə həmin sənədləri təqdim etməlidir. Uduş fondundan istifadə etmək və xaricə getmək üçün lazımi sənədləri olmayan və ya sənədləri qaydasında olmayan şəxslər həmin sənədlərin əldə edilməsinə görə özləri məsuliyyət daşıyır və həmin sənədlərin onlar üçün əldə edilməsini və ya əldə etmə xərclərinin ödənilməsini lotereya təşkilatçısından tələb edə bilməzlər;
  • Uduşu qəbul etməklə, qaliblər hər hansı əlavə ödəniş edilmədən Təşkilatçının və MasterCard-ın onların və onları müşayiət edən uşaqların adından, şəklindən, videosundan və s. istənilən növ kütləvi informasiya vasitələrində, sosial mediada və s. reklam daşıyıcıları vasitəsilə istənilən növ reklam, promosyon və sair materiallarda istifadə etmələrinə razılıq verirlər.