XalqOnline mobil tətbiqi

Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Xəbərlər

12 Oct 2021

Ani ödənişlər Xalq Bankda PULSUZ!

Xalq Bank Azərbaycan Respublikası Mərkəzi Bankının Ani Ödənişlər Sistemini (AÖS) öz müştərilərinin istifadəsinə verdi. 31 dekabr tarixədək Xalq Bankın fiziki şəxs olan müştərilərindən AÖS vasitəsilə köçürmələrə görə xidməthaqqı tutulmayacaq!

Ani Ödənişlər Sistemi vasitəsilə ölkə daxilində manat köçürmələrini hesabdan-hesaba ani icra etmək mümkündür. Sistemə qoşulmaqla fiziki şəxslər telefon nömrəsi, elektron poçt ünvanı və ya FİN-kod kimi identifikasiya vasitələri ilə daha  sürətli və rahat köçürmələr həyata keçirəcəklər. Hazırda bu əməliyyat yalnız fiziki şəxslərə təqdim olunur, yaxın zamanlarda hüquqi şəxslər də sistemin verdiyi imkanlardan yararlana biləcəklər. Xidmətə qoşulmaq üçün Bankın filiallarına müraciət etmək lazımdır.

Xalq Bankın bütün məhsulları haqqında ətraflı məlumatı Bankın rəsmi FacebookInstagram səhifələrindən, eləcə də www.xalqbank.az saytından və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.

KİV Bank haqqında