Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Xəbərlər

14 Aug 2020

Qapalı hərrac: Xalq Bankın kart sahibləri üçün özəl təklif

Avqust ayının 15-dən sentyabrın 15-dək, bir ay ərzində Xalq Bankın ödəniş kartlarının sahibləri hesab.az-da ödəniş edərkən həm İKİQAT bonus qazanacaq, həm də QAPALI HƏRRACDA iştirak edəcəklər. Kampaniyada yalnız hesab.az portalında qeydiyyatdan keçmiş istifadəçilər iştirak edə bilərlər. Qapalı hərracda iştirak etmək üçün isə qeyd olunan dövr ərzində toplam 175 manat həcmində kommunal xidmətlər, stasionar və mobil rabitə operatorları, kabel televiziyası və internet provayderlərin ödənişlərini həyata keçirmək kifayətdir (təklif bank, sığorta və qeydiyyatsız ödənişlərə şamil olunmur). Qapalı hərracda smartfon, simsiz qulaqcıq, səsgücləndirici, powerbank, pulsuz Visa Platinum kartı və başqa qiymətli hədiyyələr oynanılacaq.

Əlavə olaraq, qeyd olunan müddət ərzində Xalq Bank kartları ilə hesab.az portalında aparılan bütün ödənişlər (sığorta ödənişləri istisna olmaqla) zamanı qazanılan bonus xalı avtomatik olaraq ikiqat hesablanacaq.

Əgər indiyədək Xalq Bankdan ödəniş kartı sifariş etməmisinizsə,  https://hesab.az/#/xalqbank linki vasitəsilə xüsusi məlumat formasını dolduraraq Xalq Bankın Visa Classic ödəniş kartını bir illik pulsuz olaraq əldə edə bilərsiniz. Hər istifadəçidən yalnız bir ödəniş kartı üçün müraciət qəbul olunur.

 Xalq Bankın ödəniş kartlarını Bankın istənilən filialından əldə etmək olar. Bankın kampaniya və aksiyaları, eləcə də ödəniş kartlar haqqında daha ətraflı məlumatı Bankın www.xalqbank.az veb-səhifəsindən və 138 Məlumat Mərkəzindən almaq mümkündür.

Hesab.az - müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və s. xidmətlərin alışı/ödənişini təqdim edən onlayn xidmətlər platformasıdır.

KİV Bank haqqında