Onlayn məsləhətçi
Bizi tapmaq üçün ən asan yol
Hacıqabul r-nu, Muğan ŞTQ
Bərdə şəh., Bakı küç., ev 2
Astara r-nu, H.Əliyev pr.
Masallı r-nu, Bakı-Astara şossesi
Saatlı r-nu, H.Əliyev pr.
Sabirabad r-nu, Qalağayn kəndi
Füzuli r-nu, Horadiz şəh.
Bakı şəhəri, Qaradağ rayonu, 66-cı km
Qəbələ rayonu, Qəbələ şəhəri, İ.Qutqaşınlı küç.
Oğuz rayonu, Calud kəndi
Goranboy rayonu, Məşədiqaralar kəndi
Ucar rayonu, Bakı-Gəncə şossesi
Ucar rayonu, Təzə Şilyan kəndi
Kürdəmir rayonu, Kürdəmir şəhəri, Bakı pr.
Ağsu rayonu, Bakı-Şamaxı yolunun Cənub tərəfi
Balakən şəhəri, H.Əliyev pr.
Qax rayonu, H.Əliyev pr.
Sumqayıt şəhəri, Bakı-Quba yolu, 30-cu km
Bakı şəh., Abşeron r-nu, Saray qəs.
Bakı şəh., Nizami r-nu, Heydər Əliyev pr., 108 D
Bakı şəh., Qaradağ rayonu, Puta mayakının Şimal-Qərb hissəsi
Bakı şəh., Xəzər rayonu, Qala ŞTQ Aeroport-Mərdəkan yolunun sağ tərəfi
Gəncə şəhəri, Kəpəz ray., Xətai pr. ilə Tağı Aranı küç. kəsişməsi
Bakı şəh., H.Əliyev pr., 102
Bakı şəh., Babək pr., 27/76-77
Bakı şəh., Ə.Rəcəbli, 269
Salyan r-nu, Bakı-Astara yolu, 134-cü km
Bakı şəh., Nobel pr., 15
Bakı şəh., Nobel pr., 15
Gəncə şəh., Nizami küç., 237
Hacıqabul r-nu, Padar kəndi
Bakı şəh., Üzeyir Hacıbəyli küç., 57
Bakı şəh., Atatürk pr., 45
Bakı şəh., Ə.Əliyev, 128
Bakı şəh., Ə.Ağaoğlu küç., 1 / Xətai pr., 35
Beyləqan r-nu, Beyləqan-Daşburun avtomobil yolunun sol tərəfi
Bakı şəh., Vişnyovka qəs., Zavod küç
Bakı şəh., Şıx qəs.
Bakı şəh., H. Əliyev pr., 106
Bakı şəh., A.Zeynallı küç., 24
Ağdaş rayonu, Məşəd kəndi
Bakı şəh., Ə. Qayıbov küç., 10Q
Qobustan r-nu, Cəngi YS Bakı-Şamaxı-Yevlax yolunun 57-ci km
Bakı şəh., Çernışevski küç., 2273
Bakı şəh., Teleqüllə, Akademik Abbaszadə küç., 2
Bakı şəh., S.Rəhimov küç., 309/53
Bakı şəh., Azadlıq pr., 95
Bakı şəh., Tbilisi pr.
Bakı şəh., Babək pr., 76
İmişli r-nu, Qaradonlu kəndi
Biləsuvar r-nu, H.Əliyev pr.
Xudat şəh.
H.Zərdabi pr.593-cü məhəllə, Azpetrol YDM
Bakı şəh., Nərimanov rayonu, Vaqif küçəsi 881-884-cü məhəllə
Göygöl şəh., Heydər Əliyev pr., 2
Bakı şəh., Azadlıq pr., 1B
Bakı şəh., Neftçilər pr,. 153
Bakı şəh, Əhməd Rəcəbli küç, 1/11
Bakı şəh, Səlyan şosesi, Azpetrol YDM
Salyan r-nu, Çuxanlı kəndi, Ələt-Astara avtomobil yolunun 47-ci km
Siyəzən ray, Beşdam Kəndi
Bakı şəh., Rəşid Behbudov küç.
Bakı şəh., Rəşid Behbudov küç.
Bakı şəh..R.Beyhbutov küç.
Bakı şəh, Nobel pr. 15
Bakı şəh, Nobel pr. 15
Bakı şəh., Sahil qəs, Yükyanalma limanı
Bakı şəh., Nizami rayonu, Hə.Əliyev pr., 105
Bakı şəh., Binəqədi rayonu, Binəqədi şossesinin şərq hissəsi
Bakı şəh., K.Marks pr. 3023-ci məhəllə
Bakı şəh, Nəsimi r, M.Rəfili və R.Behbudov küç-nin kəsişdiyi 389 məhəllə
Bakı şəh., Xətai ray., Babək pr.92
Bakı şəh., Nizami ray., M.Əliyev küç.,məhəllə 2405 (Bakı Porsche Mərkəzi)
Bakı şəh., Qara Qarayev pr., 70B
Bakı şəh., Qara Qarayev pr., 70B
Bakı şəh., Xaqani küç., 23
Bakı şəh., Xaqani küç., 23
Bakı şəh., 28 May küç.,17
Bakı şəh., 28 May küç.,17
Bakı şəh., Xətai rayonu, 2347-ci məh., M. Rüstəmov küç., 23
Bakı şəh., Moskva pr., 67
Bakı şəh., Azərbaycan pr., 11
Bakı şəh., Nobel pr., 25 E
Sumqayıt şəh,. 5-ci mkrn, Səməd Vurğun küç., 16/132
Bakı şəh, Mərdəkan qəs, Yesenin küç, 334
Gəncə şəh., Zərrabi küç., 4
Zaqatala şəh., Nizami küç., 7
Neftçala şəh., 20 Yanvar küç., 18A
Mingəçevir şəh., Mirzə Fətəli Axundov küç., 15/16A
Cəlilabad şəh., Heydər Əliyev pr., 142A
Yevlax şəh., Heydər Əliyev pr., 47A
Xaçmaz şəh., Heydər Əliyev küç., 34B
Şabran şəh., Heydər Əliyev pr., 115 A
Qazax şəh., S. Arıxov küç.
İsmayıllı şəh., H. Əliyev pr., 97
Şamaxı şəh., Şəhriyar küç., 1
Qusar şəh., Fəxrəddin Musayev küç., 68
Quba şəh., 223-cü Atıcı diviziya küç., 21
Lənkəran şəh., Ş.Axundov küç., 20
Şirvan şəh., Heydər Əliyev pr., 8
Siyəzən şəh., Heydər Əliyev küç., 88 B
Tovuz şəh., Həzi Aslanov küç., 21
Şəmkir şəh., Həzi Aslanov küç., 44
Şəki şəh., Məmməd Əmin Rəsulzadə küç., 169A
Göyçay şəh., H.Əliyev pr., 60
Bakı şəh., İnşaatçılar pr., 22M
Bakı şəh., İnşaatçılar pr., 22L
Bakı şəh., İnşaatçılar pr., 22L
Bakı şəh., İnşaatçılar pr., 22L
AZ1006 Bakı şəh., İnşaatçılar pr., 22M
AZ1000 Bakı şəh., Xaqani küç., 23
AZ1010 Bakı şəh.,28 May küç.,17
AZ1118 Bakı şəh.,Q. Qarayev pr.,70B
AZ1149 Bakı şəh., Xətai rayonu, M. Rüstəmov küç., 23
AZ1012 Bakı şəh., Moskva pr., 67
AZ 1005 Bakı şəh., Azərbaycan pr., 11
AZ1025 Bakı şəh., Nobel pr., 25 E
AZ1044 Bakı şəh, Xəzər ray, Mərdəkan qəs., Yesenin küç, 334
AZ2000 Gəncə şəh., Zərrabi küç., 4
AZ6200 Zaqatala şəh., Nizami küç., 7
AZ4700 Neftçala şəh., 20 Yanvar küç., 18A
AZ4700 Mingəçevir şəh., M.F.Axundov küç.,15/16A
AZ1500 Cəlilabad şəh., H.Əliyev pr., 142A
AZ6600 Yevlax şəh., H.Əliyev pr., 47A
AZ 2700 Xaçmaz şəh., H. Əliyev küç., 34B
AZ1700 Şabran şəh., H.Əliyev pr., 115 A
AZ3500 Qazax şəh., S. Arıxov küç.
AZ3100 İsmayıllı şəh., H. Əliyev pr., 97
AZ 4000 Quba şəh., 223-cü Atıcı diviziya küç., 21
AZ 3800 Qusar şəh., F. Musayev küç., 68
AZ5600 Şamaxı şəh., Şəhriyar küç., 1
AZ5500 Şəki şəh., M.Ə.Rəsulzadə küç.,169A
AZ4200 Lənkəran şəh., Ş.Axundov küç., 20
AZ5700 Şəmkir şəh., H.Aslanov küç., 44
AZ1801 Şirvan şəh., H.Əliyev pr., 8
AZ5300 Siyəzən şəh.,H.Əliyev küç., 88 B
AZ6000 Tovuz şəh., H.Aslanov küç., 21
AZ5000 Sumqayıt şəh,. 5-ci mkrn., S.Vurğun küç.,16/132
AZ2300 Göyçay şəh., H.Əliyev pr., 60
Zəfəri qanı ilə qazananlardan biri, “Mixaylo” ləqəbli kəşfiyyatçı Mixail Həmidovun yaxınları ilə görüşümdən qeydlərim.
Mixailin atası Hamlet sovet vaxtı Almaniyada hərbi qulluq keçib. Əsgərlik müddəti başa çatandan sonra qalıb Almaniyada, sovet ordusunun tərkibində hərbiçi kimi xidmət göstərib. Arada gəlib vətənə, evlənib və xanımı Nüsrəti də götürüb, qayıdıb xidmət etdiyi hissəyə.
Potsdamda hərbi şəhərcikdə yaşayırmışlar. 1983-cü ildə ilk oğul övladları da orda dünyaya gəlib. Qızı isə Baltik sahillərində. Hərbiçinin həyatı belədir, övladın hərəsi müxtəlif yerlərdə doğulur, amma hərbiçinin vətəni bir olur - vətən üçün doğulur.
Oğullarının adını Mixail qoyurlar. Düşündüm ki, yəqin sənədlər rus dilində yazıldığından Mikayılı Mixail yazıblar. Anası da belə dedi. Bayaqdan verdiyim sualların hamısını anası Nüsrət xala cavablandırır. Atası Hamlet başıaşağı oturub, susur, günahkarmış kimi... Bir ifadə var dilimizdə - elə bil aranı dağa, dağı arana daşıyır...
İndi ananın sözlərinə dərhal düzəliş etməklə söhbətə qoşulur ki, yox, öz dostumun adını qoymuşdum ona: “Milliyyətcə rus olan dostumla hərbi təhsil illərində bir yerdə qalırdıq, sonra o səhhətində yaranan problem ucbatından hərbidən getdi, yollarımız ayrıldı. Oğlumun adını onun şərəfinə qoydum” – deyib, yenə öz “aranına-dağına” qayıdır.
İşi ilə əlaqədar iki il Baltikyanı ölkələrdə yaşayıblar, sonra yenə qayıdıblar Almaniyaya.
Sovet ordusu Almaniyadan qayıdanda Hamlet dayı da Bakıda yaşamağa qərar verib. Mixailin 1-ci sinfə getdiyi vaxta Bakıda yerləşiblər. Mixail Suraxanı rayonu 278 saylı məktəbə 1-ci sinfə gedib.
Anası deyir ki, oxumamış alim idi Mixail: “İstənilən texnikanı elə bil əli ilə yığmışdı, sökürdü, düzəldirdi. Videonu qoşmağı ondan soruşardıq, hələ balaca yaşlarından bilirdi. Almaniyada mən bişirən sıyığı yemirdi, gedib əsgərlərin yeməkxanasında bişiriləni iştahla yeyirdi. Deyirdim, niyə gedib orda yeyirsən, evdəkini yemirsən? Deyirdi, ordakı daha dadlıdır. Əsgər həyatına meyilli idi uşaqlıqdan. O həyatı görmüş adam kimi, istəmirdim hərbiçi olsun, amma nə qədər çalışdıq, dedi yox, mən hərbiçi olacam. Məktəbdə müəllimlərlə mübahisə edirdi, onun üstündə qiymətini salırdılar aşağı, yenə öz dediyini yeridirdi. Çox prinsipial idi. Əməlləri də düz olardı. Heç vaxt bizi incitməyib. Adamı da elə yandıran odur. Qəlbimizi qırmayıb, anayam, danlamışam, başını qaldırıb üzümə baxmayıb. Evdə yaşlı baba-nənə olub, onlara qarşı çox diqqətli idi. Elə yoldaşına qarşı da” - deyə, gözlərinin işarəsi ilə bayaqdan kənarda oturub məzlum-məzlum baxan qızı göstərir. Bayaqdan onun haqqında ya balaca bacısı, ya da qonşu uşağıdır - düşündüyümdən utanc keçirdiyimi büruzə vermədən sualı Qiymət xanıma ünvanlayıram:
- Bəs necə oldu ki, yolun yarısında sevdiyi işi buraxıb, mülkü həyata qayıtmağa qərar verdi?
- Bizə görə. Qızımız olmuşdu. Salyanda hərbi hissədə işləyirdi. Orda ailənin qalması üçün şərait yox idi, həm də mən burda işləyirdim, ayrı düşmüşdük. Yollarda qalmışdı, səhhətində də bir az problem yaranınca hərbidən ayrılmağa qərar verdi.
Onları birləşdirən də hərbi olub. Qiymətlə Mixaili. Qiymət Ali Hərbi Məktəbdə operator işləyir. Mixailin bitirdiyi məktəbdə. Onu da deyim ki, 278 saylı məktəbdə ibtidai sinifləri bitirəndən sonra Mixail 1991-2001-ci illərdə Səbail rayonunun F. Tağıyev adına 72 nömrəli məktəb-liseyində təhsil alıb.
2001-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) qəbul olub. 2005-ci ildə ali hərbi təhsilini bitirib, kəşfiyyatçı kimi 6 il ərzində Xüsusi Təyinatlı Qüvvələrdə leytenant rütbəsində xidmət edib. Yaxşı futbol oynamağı olub. Həvəskar komandaların futbol yarışlarında təltifləri, tərifnamələri də var. Mülkü həyatda da futbolu buraxmayıb, həftədə üç dəfə sevimli oyunu ilə məşğul olarmış.
Bir də ordunun 90 illiyində onu da zabit kimi mükafatlandırıblar. Təltifləri arasında o da var.
2011-ci ildə Azərbaycan Silahlı Qüvvələri sıralarından tərxis olunub. Rus, ingilis və erməni dillərini bilirdi. İstənilən halda, hazır zabit idi Mixail. Ali Hərbi məktəbdə kursant dostları ona Mixail yox, “Mixaylo” deyirmişlər, kəşfiyyatçı, düşmənin dilini bilən “Mixaylo”.
Orta məktəb illərində də yaxşı oxuyub. Məktəb yoldaşlarının dediyinə görə, riyaziyyatı əla bilib. Deyiblər ona ki, səndən yaxşı riyaziyyatçı olar, iqtisadçı olar, əl çəkməyib öz fikrindən. Hərbidən çıxandan sonra bank sektorunda işə düzəlib.
Görünür, orta məktəbdə yaxşı oxumağı bir balaca təkrarlamaqla imtahanları uğurla verməyinə zəmin yaradıb.
2 il sonra Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) daxil olub və 2015-ci ildə oranı biznesin idarə edilməsi ixtisası üzrə magistr dərəcəsi ilə bitirib.
2010-2016-cı illərdə "AGBank" ASC-də, 2016-cı ildən isə "Xalq Bank" ASC-ndə çalışırdı. Son illər "Xalq Bank" ASC-nin Mingəçevir filialının direktoru işləyirmiş.
Hərənin bir qisməti var. Hərbidən ayrılıb ki, ailəsi ilə bir yerdə olsun, tale elə gətirib ki, yenə bir yerdə ola bilməyiblər. Xanımı və uşaqları Bakıda, özü Mingəçevirdə işləyirdi. Hər şənbə-bazar Bakıya gəlirdi. Tətildə, bayramda, xanımı analıq məzuniyyətində olanda onları da götürüb, Mingəçevirə gedirmiş. Belə davam edirmiş həyat.
Vətən müharibəsi başlayanda ehtiyatda olan xüsusi təyinatlı Mixail Həmidova bank işçisi kimi deyil, zabit kimi ehtiyac olub.
Bakıdan valideynləri, ailəsi Mingəçevirə onu yola salmağa gediblər. Oktyabrın 7-də Mixail yollanıb vətənin çağırışına.
Oktyabrın 22-i xanımının doğum günü imiş. Nüsrət xala danışır ki, dedim, tort alaq, ad gününü qeyd edək, gəlin razı olmadı, dedi Mixail qayıdandan sonra: “İşdən gələndən çox pis halda idi, dedi iş yoldaşlarımızdan şəhid olan var, bu gün gətirdilər”.
Gecə Mixail zəng edib, anası ilə, xanımı ilə danışıb. Anasına uşaqları əmanət edib. Hər halda, indi anası bunu belə qəbul edir ki, etdiyi söhbətlər əslində uşaqları, ailəsini ona tapşırmaq, əmanət etmək mənası daşıyırmış: “Açıq deyə bilmədiyindən, üstüörtülü deyib, indi anlayıram. Ana, sən güclüsən, möhkəmsən, uşaqlardan muğayat ol - dedi”.
Atasına isə - bəlkə də son əməliyyata gedirəm –deyib: “Hara getdiyini bilirdi, heç nə demədi bundan başqa”.
Məhəllədə həmyaşıdları ona atamız deyirmişlər. Atası deyir bu fikri öz liderlik qabiliyyəti ilə qazanmışdı: “İstənilən məsələdə ondan məsləhət aldıqları üçün. Hər daxili tədbirdə, idman oyunlarında onun kollektivçi, təşkilatçı olmağı, idarə etmək qabiliyyəti qazandırmışdı o adı”.
Xanımı ilə o gecə danışmaqdan çox susub. Yalnız doğum gününü təbrik edib və susub: “Mixail zəng elədi, mənim üçün ən böyük hədiyyə idi ki, odun-alovun içində yadına düşmüşəm, sağ-salamatdır, səsini eşitdim, bəsimdir. O da ancaq susdu telefonda. Son zənglərində o ordan susurdu, mən də burdan...”
Oktyabrın 23-də səhər saat 8-də atasına zəng gəlib... qara zəng deyimmi, bilmirəm.
Saat 10.00-da daha bir zənglə onun nəşini hardan götürə biləcəklərini deyiblər. Füzuli istiqamətində beş saat ardıcıl döyüşün qızğın yerində qəlpə yarası alıb Mixail. Arxaya xəbər gəlib ki, komandir yaralanıb, atəş altından çıxarınca qanaxmadan dünyasını dəyişib.
Dostu Mahmud Həmidov deyir ki, Mixail xeyirxahlıq, yardım üçün özünü qabağa atan adam idi: “Çox da qayğıkeş , dost üçün, qardaş üçün, övladı, ətrafı üçün fədakarlığa hazır olan adamdı. İmkanı çatdığı qədər yardım edəndi, elə bil xeyriyyə tədbiri olmazdı ki, Mixail ona qoşulmasın. Onun necə insan olduğunu izah etmək üçün bəlkə də, sözün gücü çatmaz, bütünlüklə müsbət idi, onu ancaq tanımaq lazım idi. Uşaqlıqdan tanımışam, həmişə bir yerdə olmuşuq, bu gün həyatımda böyük bir boşluq var. Hər zaman yaxşı izi qalacaq həyatda”.
Qəhrəman Məmmədovla isə Mixail bir yerdə imtahan verib işə qəbul ediliblər: “Çox fəal, həm insanlığı, həm də işgüzarlığı ilə seçilən idi. Harda olsa görünərdi, çünki istənilən məsələyə fərqli münasibəti vardı. Ayrı-ayrı filiallarda işlədiyimiz dövrdə də onunla hər gün ən azı bir dəfə telefonla danışırdıq. Müzakirə edir, işlə bağlı fikir mübadiləsi edirdik. Hər filial direktoru onun kimi deyil, bir-birimizin fikrini göydə tuturduq. Fərqli fikirləri, yanaşmaları, ideyaları ilə seçilirdi. Hərtərəfli və geniş əhatəsi olan şəxs idi. Elə bir sahə yox idi ki, orda Mixailin dostu, tanışı olmasın. Ona görə də istənilən problemi asanlıqla həll edirdi. Mixail şəxsən mənim üçün ağır itkidir. Döyüşlərə qatılandan da hər gün danışırdıq. Çox danışa bilmirdik, kəşfiyyatçı idi, amma bir dəfə yüngül yaralanmışdı, yardım alıb yenə döyüşlərə qatıldı. Həmin döyüşdə silahdaşları şəhid olmuşdu, qanı qara idi. Şəhid olduğu gecə danışmışdıq. Səhər şəhid xəbərini eşitdim”.
Mixailin iki qızı, bir oğlu var – Mədinə, Yusif, Mələk. Mən onlarda olan gün Mələyin ad günü idi, 6 yaşı tamam olurdu. Arzuladığı bütün hədiyyələri ona almışdılar... O isə atasından gözləyir... Yusif də oktyabrın 13-də “gedək ad günümü Mingəçevirdə ata ilə qeyd edək” - deyib...
Yusifin dili yox, gözləri danışdı mənimlə... Bilir, hər şeyi çox yaxşı bilir.
Atasının da doğum günü dekabrın 18-dir. Qayıdacaqdı, ailəlikcə yığılıb qalan ad günlərini qeyd edəcəkdilər...
Babası Yusifi bir təskinliklə sakitləşdirir. Deyir ki, Mixail mənim etməli olduğumu etdi, etdi ki, sənə qalmasın o problem.
Bayaqdan söhbətimizi mətbəxdə qəfəsdən korellanın cəh-cəh vuran nəğməsi müşayiət edir. Durub quşlara tərəf baxıram, yoldaşı marağımı duyur. “Mixailin quşlarıdır” - deyir: “Böyük qızımıza ad günü hədiyyəsi almışdı. İki quş idilər, sonradan 4 balaları da oldu. Qıza almışdı, amma özü baxırdı, işə gedəndə gün ərzində ona nə verməli olduğumu tapşırıb, gedirdi. Balıq saxlayırdıq bir vaxt, sonra Mingəçevirlə Bakı arasında qaldıq, baxa bilmədik balıqlara, tələf oldular. Quşları isə qəfəsdə aparırdıq özümüzlə, hara getsək. Bir gün ailəvi qonaq getmişdik həyət evləri olan bir dostumuzgilə. Uşaqlar futbol oynayanda top dəydi qəfəs aşdı, qapısı açıldı, korellalar uçdular. İkisi qayıtdı, dördü qayıtmadı, həmişə qayıdardılar yuvalarına, görünür, yad yerdə olduqlarından azdılar...”
Çıxhaçıxda Yusifdən soruşuram ki, kim olacaqsan böyüyəndə? “Hərbiçi” - deyə cavab verir.
Cənnət qoxulu bu evdən çıxıram, amma təəssüratdan çıxa bilmirəm - korellaların nəğməsi fonunda Yusifin “hərbiçi olacam” - deməsi hələ də qulaqlarımda səslənir...
Ol, Yusif, azad, bütöv Azərbaycanın məğrur zabiti ol...