Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Xəbərlər

24 Oct 2019

Xalq Bank III rübü uğurla başa vurdu

2019-cu ilin üçüncü rübü ərzində maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə əsasən ASC “Xalq” Bankı əsas maliyyə göstəriciləri üzrə stabil artım tempini qorumuşdur. Belə ki, cari ilin sentyabr ayının sonuna aktivlərin həcmi ötən ilin sonu ilə müqayisədə 169.19 mln manat (8,43%) artaraq 2 177.37 mln manata çatmışdır. Bankın müştərilərə verilən kreditlərinin həcmi 192.17 mln manat (13,9%) artaraq 1 547.77 mln manat təşkil etmişdir. Müştərilərdən cəlb olunan depozitlərin həcmi 160.39 mln manat (12,73%) artaraq 1 419.80 mln manata çatıb.

Qeyd etmək lazımdır ki, bankın maliyyə-təsərrüfat fəaliyyətində müşahidə olunan müsbət trend, əsasən gəlir gətirən aktivlərin diversifikasiyası, yeni müştərilərin cəlb olunması, əməliyyat gəlirlərinin artırılması və xərclərin optimallaşdırılması nəticəsində yaranmışdır. Qeyd olunan dövr ərzində Bankın faiz gəlirləri ötən ilin anoloji dövrünə nisbətən 365.9 min manat (0,45%) artaraq 82.51 mln manat, faiz  xərcləri isə 3.3 mln manat (18,84%) azalaraq 14.21 mln manat təşkil etmişdir. Qeyr-faiz gəlirləri isə 9.99 mln manat (251,52%) artaraq 13.96 mln manat, qeyri faiz xərcləri isə 6.76 mln manat (22%) artaraq 37.26 mln manat təşkil etmişdir. 2019-cu ilin doqquz ayı ərzində Xalq Bank öz mənfəətliliyini qoruyub saxlamış və ötən ilin anoloji dövrü ilə müqaisədə 6.56 mln manat (36.52%) artım nümayiş etdirərək ilin ilk üç rübünü 24.52 mln manat xalis mənfəətlə bitirmişdir. Bankın cəmi kapitalı сari ilin 9 ayı ərzində 125.91 mln manat (44.57%) artaraq 408.39 mln manata çatmış, nizamnamə kapitalı isə 364.77 mln manat təşkil etmişdir.

KİV Bank haqqında