Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Xəbərlər

31 Mar 2020

Xalq Bank ödəniş kartlarının istifadə müddətini uzatdı

Ölkə əhalisinin sağlamlıq durumuna təhlükə yarada biləcək COVID-19 virusunun yayılması təhlükəsini azaltmaq məqsədi ilə Xalq Bank mart, aprel, may və iyun aylarında vaxtı bitən ödəniş kartlarının istifadə müddətini 31.07.2020-ci il  tarixədək  uzatdı.

İstifadə müddəti 2020-ci ilin mart, aprel, may və iyun aylarında başa çatacaq kartların sahiblərinə kartlarının müddətini uzatmaq üçün Banka gəlməyə ehtiyac yoxdur. Ödəniş kartlarının müddəti Bank tərəfindən avtomatik və pulsuz uzadılacaq. Bu müddət ərzində həmin kartlarla bütün ölkədaxili əməliyyatları həyata keçirmək mümkün olacaq.

Xalq Bank karantin vaxtı bütün müştərilərini #evdəqal aksiyasına qoşulmağa çağırır, ödəniş kartlarının verdiyi üstünlüklərdən faydalanmağı - onlayn alış-veriş etməyi, nağdsız ödəməyi və kartların təmassız ödəniş funksiyasından istifadə etməyi tövsiyyə edir.

Daha ətraflı məlumatı Bankın www.xalqbank.az veb-səhifəsində  və yaxud 138 nömrəsi vasitəsilə Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

KİV Bank haqqında