Onlayn məsləhətçi
Ötən ilin avqust ayında Türkiyədə baş vermiş meşə yanğınları nəticəsində məhv olmuş ərazilərin bərpa edilməsi üçün Xalq Bank qardaş ölkəyə 25000 ədəd ağacın əkilməsində dəstək olmuşdur.
Layihə ilə bağlı mövsümi əkin işləri tamamlanmış və Mersin ərazisində yeni “Xalq Bank Kardeşlik Hatıra Ormanı” salınmışdır. Ümumi sahəsi 16 hektar olan meşədə müxtəlif növ ağaclar əkilmişdir.