Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Xəbərlər

2 Nov 2020

Xalq Bankın ödəniş kartı ilə qazanmaq imkanı

Rəqəmsal və nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə Mərkəzi Bank tərəfindən 01 noyabr 2020-ci il tarixindən etibarən “Kartla ödə, kartla qazan!” adlı həvəsləndirici lotereyaya start verilib.

Ölkə üzrə ümumilikdə 900 nəfərin qalib olacağı lotereya 01 noyabr 2020-ci il tarixindən 30 noyabr 2020-ci il tarixinədək qüvvədə olacaq. Həmin müddət ərzində Xalq Bankın plastik kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərinin POS-terminallarında minimum 5 AZN məbləğində əməliyyat edən plastik kart sahibləri avtomatik olaraq lotereyanın iştirakçısına çevrilirlər. Qeyd edilmiş tələblərə uyğun həyata keçirilmiş bütün 5 AZN və yuxarı məbləğdə olan əməliyyatlar qeydiyyata alınır və ayın sonunda təşkil edilən tirajda oynanılır. Lotereyanın uduş məbləği olan 100 manat, kart kart sahibinin bank hesabına “cashback” şəklində mədaxil ediləcəkdir.

Lotereyanın şərtləri haqda daha ətraflı məlumatları Mərkəzi Bankın internet səhifəsindən (https://www.cbar.az/press-release-2793/mrkzi-bank-nagdsiz-odnislrin-stimullasdirilmasi-mqsdil-keciriln-novbti-kartla-od-kartla-qazan-lotereyasina-start-verir), həmçinin, Xalq Bankın filial şəbəkəsi və 138 Məlumat Mərkəzindən əldə etmək mümkündür.

KİV Bank haqqında