XalqOnline mobil tətbiqi

Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Xəbərlər

18 Jan 2022

Xalq Bankın ödəniş kartları ilə səyahət daha sərfəlidir!

Hər zaman müştərilərə müxtəlif məhsul və xidmətlər üzrə sərfəli şərtlər təqdim edən Xalq Bank öz kart sahibləri üçün növbəti  kampaniyaya start verir! Belə ki, artıq müştərilər istənilən Xalq Bank ödəniş kartı ilə Qatar Airways-dən aviabiletləri 12%-dək endirimlə əldə edə biləcəklər! 

Kampaniyada Xalq Bankın bütün Visa və MasterCard ödəniş kartları iştirak edir. Qeyd edək ki, endirim həm biznes, həm də ekonom sinif uçuşları üçün keçərlidir. Müştərilər www.qatarairways.com/xalq səhifəsinə keçid edərək endirim təklif edilən uçuş istiqamətləri ilə tanış olacaq və Xalq Bank kartı ilə ödəniş apararkən sayta avtomatik tətbiq edilmiş FLYXALQ promokodu ilə endirimdən yararlana biləcəklər.

Kampaniyanın müddəti 31.05.2022-ci il tarixədək davam edir, kampaniya zamanı  alınmış aviabiletlərin səyahət dövrü isə 31.12.2022-ci il tarixədəkdir. Müxtəlif çeşiddə təklif edilən  ödəniş kartlarını Bankın istənilən filialından əldə etmək olar.

Xalq Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumatı rəsmi Facebook və Instagram səhifələrindən və 138 Məlumat mərkəzindən əldə edə bilərsiniz.

KİV Bank haqqında