Onlayn məsləhətçi

Bizə təklif və iradlarınızı bildirin

Sizə zəng edək?

Sizin sifariş uğurla göndərilib.

Bank yaxın vaxtlarda 9:00-dən 18:00-dək müddətdə sizinlə əlaqə saxlayacaq.

Filliallar və bankomatlar

Filliallar və bankomatlar

Bizi tapmaq üçün ən asan yol

Xəbərlər

31 Oct 2019

Xalq Bankla nağdsız ödəyənlər qazanacaq!

Cari il 29 oktyabr 7 noyabr tarixləri ərzində Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə “Nağdsız Cəmiyyət Günləri” keçiriləcəkdir. Günlər ərzində keçiriləcək stimullaşdırıcı tədbirlərdən biri də “Nağdsız ödəyən qazanır!” layihəsidir.

Kampaniyada Xalq Bank da daxil olmaqla 11 bank və hesab.az portalı iştirak edir. Kampaniya çərçivəsində hesab.az ödəniş portalı üzərindən nağdsız əməliyyatlar keçirən müştərilər qazandıqları bonusları Xalq Bankın ödəniş kartlarına dəyişə biləcəklər.

Bunun üçün istifadəçilər şəxsi hesabları üzərindən həyata keçirdikləri hər nağdsız ödənişə görə bonuslar qazanacaq və onları “Dərhal dəyiş” bölməsində 10 000-20 000 bonus qarşılığında Xalq Bankın Visa Gold və Visa Classic ödəniş kartlarına sahib ola biləcəklər.

KİV Bank haqqında